“Azərsu”ASC və Almaniyanın İnkişaf Bankı (KfW) “Açıq Kommunal İnfrastruktur Proqramı II ” çərçivəsində işlərin maliyyələşməsi üzrə yeni kredit sazişinin layihəsini hazırlayırlar. Bu barədə ASC-nin məlumatında bildirilir.
Keçən həftə Azərbaycana səfər zamanı KfW-in nümayəndə heyəti Gəncə, Şəki şəhərlərində sözügedən proqram çərçivəsində həyata keçirilən su və kanalizasiya sistemlərinin yenidən qurulıması və bərpası üzrə işlərin gedişi ilə maraqlanıb.
KfW missiyasının rəhbəri Ursula Heyster “Azərsu” ASC- nin rəhbəri Qorxmaz Hüseynovla görüşdə ASC tərəfindən su və kanalizasiya sistemlərinin yaxşılaşdırılması, abonent bazasının təkmilləşdirilməsi, qabaqçıl ödəniş sisteminin tətbiqi üzrə həyata keçirilən işləri yüksək qiymətləndirib.
“U.Heyster söyləyib ki, tezliklə Gəncə şəhərində su və kanalizasiya şəbəkəsinin tikintisinə başlanılacaq.Bundan əlavə, missiya rəhbəri qeyd edib ki,hazırda bu layihənin növbəti mərhələlərinin maliyyələşdirilməsi üçün yeni kredit sazişi hazırlanır və tezliklə bu sənəd Azərbaycan Hökumətinə təqdim ediləcək”- deyə məlumatda qeyd olunur.
Xəbər verildiyi kimi, "II Açıq Kommunal İnfrastruktur Proqramı" layihəsi Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin müasirləşdirilməsi işlərini nəzərdə tutur. Bu layihənin gerçəkləşdirilməsi üçün Kreditanstalt fur Wiederaufbau (KfW) Azərbaycana 37 mln. avro həcmində kredit verib, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) 10 mln. avro həcmində qrant ayırıb, Azərbaycan hökumətinin payı isə 7 mln. avro təşkil edir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət