Vergilər Nazirliyi 2020-ci ilə qədər vergi siyasətinin əsas prioritetlərini müəyyən edib. Bu barədə Vergilər Nazirliyindən məlumat verilib.
Vergilər Nazirliyi Şamaxı rayonunda “Azərbaycan: 2020 – Gələcəyə baxış Konsepsiyasında vergi siyasətinin rolu” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin Akif Musayev cıxış edərək 2020-ci ilə qədər vergi siyasətinin əsas hədəfləri və prioritetlərini, onlara nail olmaq üçün üsulları qeyd edib.
Xüsusilə, vergi siyasəti fiziki şəxslərin gəlir vergisinin təkmilləşdirilməsi, transfer qiymətlərinin tətbiqi mexanizminin yaradılması, nağdsız ödənişlərin stimullaşdırılması, vergi ödəyiciləri ilə vergi orqanları arasında partnyorluq prosedurlarını tənzimləyən normativ-hüquqi bazanın yaradılmasına yönələcək.
Bundan başqa, yaxın illərə Azərbaycanın vergi siyasəti sahibkarlıq fəaliyyəti üçün əlverişli vergi mühitinin yaradılması, elektron auditin, elektron ticarətə nəzarətin təmin olunması, vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin genişləndirilməsi və təkmilləşdirilməsi, vergi yükünün tədricən istehsaldan istehlaka keçirməsi üçün təkliflərin hazırlanmasına yönələcək.
Vergilər Nazirliyi həmçinin ƏDV-nin tətbiqi mexanizminin təkmilləşdirilməsi, daxildə istehsal olunan və idxal edilən mallara aksizlərin tətbiqi mexanizminin təkmilləşdirilməsi, vergi dərəcələrinin optimallaşdırılması, vergidən azadolmaların və vergi güzəştlərinin minimuma endirilməsi yolu ilə vergitutma bazasının genişləndirilməsi, əmlak və torpaq vergilərinin bazasında vahid daşınmaz əmlak vergisinin tətbiqi üçün qanunvericilik bazasının yaradılmasını planlaşdırır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət