Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Neft Fondunun 2012-ci il üçün büdcəsinə düzəlişləri təsdiq edib.
Düzəlişlərin mətni çürşənbə axşamı rəsmi mətbuatda dərc olunub.
Düzəlişlərə əsasən, ARDNF-in 2012-ci il üçün gəlirləri üzrə proqnozu 10 mlrd. 697 mln. 30,6 min manatdan 13 mlrd. 721 mln. 815,2 min manatadək artırılıb.
“ARDNF-in gəlirlərinin artımı cari ildə müşahidəə olunan dünya bazarlarında neft qiymətlərinin yüksək səviyyəsilə ilə əlaqədardır. Bundan başqa, Azərbaycanın 2012-ci il üçün dövlət büdcəsinə düzəlişlər daxil edilib (onalara əsasən, neftin əsas qiyməti bir barrelə görə $80-dən $100-dək artırılıb)”, - deyə mətndə qeyd olunur.
Gəlirlər strukturunda Azərbaycanın gəlirli nefti və qazın satışından daxiolmalar 13 mlrd. 388 mln. 644 min manat, akrhesabı ödənişlər – 3 mln. 342,8 min manat, Azərbaycan ərazisindən neft və qaz tranzitindən gəlirlər – 8 mln. 137 min manat təşkil edib.
Bundan başqa, fondun aktivlərin idarə olunmasından gəlirləri 319 mln. 218,8 min manat, neft-qaz sazişlərinin imzalanması və ya icrası zamanı investorlar tərəfindən həyata keçirilən bonus ödəmələri – 1 mln. 572,6 min manat, daha 900 min manat – digər gəlirlər təşkil edir.
2012-ci il üçün fondun xərcləri 10 mlrd. 561 mln. 304 min manat səviyyəsində qalıb.
Fondun xərcləri strukturunda əsas hissəni Azərbaycanın dövlət büdcəsinə transfertlər – 9 mlrd. 905 mln. manat təşkil edir.
Budan başqa, qaçqınların mənzil şəraitlərinin yaxşılaşdırılmasına 110 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidənqurulmasına – 200 mln. manat, Bakı-Tiflis- Qars dəmir yolunun tikintisi layihəsinə - 252,484 mln. manat, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə - 20 mln. manat, fondun idarə olunması üzrə inzibati xərclər – 73,82 mln. manat məbləğində nəzərdə tutulub.
Xəbər verildiyi kimi, ARDNF 1999-cu ildə dekabrın 29-da Azərbaycan Prezidentinin fərmanı ilə yaradılıb. Fond qeyri-büdcə, dövlət başçısına hesabat verməli olan dövlət institutudur. Neft Fondunda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və s. daxil olan gəlirlər toplanır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət