Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR- İF-Az) prezidentin sərəncamına müvafiq olaraq neft çıxarılan ərazilərdəki qanunsuz tikililərlə bağlı təkliflər hazırlayır.SOCAR prezidenti Rövnəq Abdullayev belə məlumat verib.
“Biz Prezidentin bu sərəncamına əsasən təkliflər hazırlayırıq və onları Hökumətə təqdim edəcəyik”,- deyə R.Abdullayev çərşənbə günü bildirir.
Onun sözlərinə görə, təkliflər hazırlanarkən təkcə hazırda qurudakı istismar olunan neft yataqları deyil, həm də perspektiv yataqlar nəzərə alınacaq.
R.Abdullayev qeyd edib ki, dövlət başçısının bu sərəncamı indiyədək SOCAR şirkətinin təşəbbüsü ilə qaldırılan qanunsuz tikililərlə bağlı məhkəmə araşdırmalarının dayandırılmasına səbəb olmayacaq.”Təqdim olunan bütün iddialar qanunsuz tikililərin hasilat zonasında yerləşməsi ilə əlaqədar olub. Bu zonada olmayan evlər barədə iddia qaldırılmayıbv”,- deyə R.Abdullayev qeyd edib.
Xəbər verildiyi kimi, keçən həftə Azərbaycan Prezidenti magistral boru kəmərləri, yüksək voltlu elektrik şəbəkələri, nəqliyyat və su infrastrukturları ərazisində tikilən yaşayış evləri və digər tikililər, neft-qaz yataqlarının işlənməsi üçün iqtisadi subyektlərin istifadəsində olan torpaq sahələri ilə bağlı məsələlərin nizamlanması üçün komissiya yaradılması barədə sərəncam imzalayıb
Komissiyaya sərəncamda qeyd edilən torpaqlarda tikilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələləri araşdırmaq və üç ay ərzində iqtisadi, sosial,hüquqi qiymətləndirmənin nəticələrinə əsaslanan təklifi dövlət başçısına təqdim etmək tapşırılıb.
Prezident Administrasiyasının başçısı Ramiz Mehdiyevin başçılıq etdiyi komissiyanın tərkibinə bir sıra nazirlik və idarələrin rəhbərləri daxil edilib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət