Kreativ gənclərin formalaşmasında əsas amil təhsildir. Bu barədə Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla “Kreativ nəsil: Gələcək bu gün yaranır” mövzusunda milli müzakirə zamanı bəyan edib.
“Biz kreativ gənclər hazırlamalıyıq. Dövlət başçısının dəfələrlə bəyan etdiyi kimi, bizim məqsədimiz yalnız intellektual və ağıllı gənclərin tərbiyə edilməsi deyil, həm də onlara vətənpərvərlik hissinin aşılanmasıdır. Gənclər öz xalqının inkişafı barədə düşünməlidir”, - deyə o
Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM), Gənclər və İdman Nazirliyi və Azərbaycan Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə bildirib.
O qeyd edib ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “XXI əsrdə Azərbaycan ideyası kreativ millət kontekstində” fundamental məqaləsi gənc nəslin tərbiyəsi işində həmişə oxunan kitab ola bilər.
“Akademik Ramiz Mehdiyevin məqaləsi fundamental əsərdir və Azərbaycanın ideoloji konstitusiyasını təşkil edir. Burada ölkə rəhbərliyinin apardığı siyasətin ciddi təhlili keçirilir. Müəllif vurğulayır ki, gənclər ölkənin inkişafı üçün mövcud potensialdan istifadə etməli və onun imkanlarını artırmalıdırlar”, - deyə o qeyd edib.
K.Abdullanın sözlərinə görə, bu əsər geniş ictimaiyyət arasında müzakirələr üçün yeni perspektivlər müəyyən edib.
“Öz əsərində akademik Mehdiyev millət, milli anlayış kimi məfhumlara çox həssaslıqla toxunur. Öz millətini sevmək, onunla fəxr etmək lazımdır. Lakin, bununla yanaşı öz millətini digərlərinə qarşı qoymaq olmaz. Akademik əsərində etnik deyil, vətəndaş millətçiliyindən yazır”, - deyə K.Abdulla qeyd edib.
Azərbaycan İntellektual Klublar Assosiasiyasının prezidenti, “Nə?Harada?Necə?” komandasının kapitanı Balaş Qasımov azərbaycanlıların gələcək nəslinin daha yaradıcı və uğurlu olacağına ümid etdiyini bildirib.
“Kreativ insan yaxşı təhsilə və məntiqi düşüncəyə malik olmalıdır. O hər gün yeni məlumat almağa can atmalıdır. Bu gün dövlətimiz yaradıcı gənclərin inkişafına böyük dəstək göstərir. Gənclər imkanları və istedadlarından səmərəli və tam şəkildə istifadə etməyi bacarmalıdır”, - deyə B.Qasımov qeyd edib.
Xalq yazıçısı Çinqiz Abdullayev qeyd edib ki, dünyada ən müvəffəqiyyətli insanlar yaradıcı düşüncəyə malik şəxslərdir.
“Söhbət rəssam, bəstəkar və şairlərdən getmir. Mən yeniliklər düşünüb və yaradan şəxsləri nəzərdə tuturam. XXI əsrdə uğurlu və kreativ olmaq nə deməkdir? Biz hara gedirik? Bütün bunlar gənclərdən asılıdır”, - deyə o qeyd edib.
Ç.Abdullayev ən uğurlu şəxslərin məmurlar olduğu fikrinə şübhə ilə yanaşır.
“Rusiyada yüz millyarderlərdən 80 nəfəri – yaradıçı şəxslər, 20 nəfəri – məmurlardır. Gənclər məmur olmağa can atmamalıdırlar. Çoxları varlanmaq ümidi ilə vergi, gömrük sahələrinə, polisə işə düzəlmək istəyir. Bu düzgün deyil. Özündən sonra nə saxlamaq barədə düşünmək lazımdır”, - deyə Ç.Abdullayev vurğulayıb.
O qeyd edib ki, dövlət yalnız vətəndaşları ilə birgə uğurla inkişaf edə bilər.
“Hər bir millətin uğurla inkişafı üçün həyatın müxtəlif sahələrini əhatə edən 60 min tədris vəsaiti lazımdır. 50 milyondan az sayda əhalisi olan xalqlar sağ qala bilməyəcək. Bunun baş verməməsi üçün kifayət qədər biliyə malik olmaq, həmin 60 min dərsliklərin oxunulması üçün müxtəlif dillər bilmək lazımdır”, - deyə Ç.Abdullayev bildirib.
“1950-1960-cı illərdə ən hörmətli şəxslər akademik və alimlər olub. Onlar bir maaşa özlərinə “Pobeda” ala bilərdi. Həmin akademiklər olmasaydı bizim müstəqilliyimiz də olmazdı”, - deyə yazıçı vurğulayıb.
Ç.Abdullayev gəncləri XXI əsrin sonunda Azərbaycanın dünyada ən aparıcı ölkələrindən biri olmaq üçün nə etmək lazımdır fikrinə çağırıb.
Tədbirdə məşhur yaradıcı şəxslərin və gənclərin “Yaradıcı gənclər Azərbaycanda gələcəyin əsas resursu kimi”, “Gənc nəslin kreativ potensialının inkişafına nəsillərin baxışı” mövzularında məruzələr dinləniləcək, həmçinin qeyd olunan mövzular ətrafında geniş müzakirələr aparılacaq.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət