Dünya Bankının Direktorlar Şurası Azərbaycana ikinci “Azərbaycan kənd investisiyaları” (Azerbaijan Rural Investment Project – AzRIP) layihəsinin reallaşmasına $30 mln. məbləğində kreditin ayrılmasını təsdiq edib. Bu barədə bankdan məlumat verilib.
Layihənin ümumi dəyəri $53,6 mln. məbləğində qiymətləndirilir, bunların $30 mln. – DB kreditinin, daha $23,6 mln. – Azərbaycanın payıdır.
Layihənin məqsədi icmaların kənd ifrastrukturundanm istifadəsinin yaxşılaşdırılması və kənd yerlərində iqtisadi fəaliyyətin genişlənməsidir. Layihənin nəticəsində Azərbaycanda təxminən 1,5 mln. kənd sakini infrastrukturdan və social xidmətlərdən daha geniş istifadə edəcək.
“AzRIP çox uğurlu proqram kimi tanınır. Son 7 il ərzində o icmaların imkanlarının genişlənməsi və yerli inkişafın hərtərəfli dividendlərini nümayiş etdirib. AzRIP-2 bu cür tədbirlər keçirilən rayonların sayını genişləndirəcək, kənd əhalisinə qazanc imkanlarının yaradılması üçün dəstək təmin edəcək, həmçinin bələdiyyələrlə tərəfdaşlıqda icmaların potensialını möhkəmləndirəcək”, - deyə məlumatda DB-nın sosial inkişaf üzrə baş mütəxəssisi və layihə rəhbəri Daniel Ouenin sözlərindən sitat gətirilir.
“AzRIP kimi proqramlar Azərbaycanın kənd yerlərində dövlət xidmətlərinin formalaşmasında həlledici əhəmiyyətə malikdirlər. AzRIP-2 kənd infrastrukturunun təkmilləşdirilməsinə çıxışın genişlənməsinə yönəldilib. Bu isə kənd təssərüfatında istehsalatın artımına, fermerlərin yaha yüksək gəlirlərinə və benefisiarların həyat şəraitinin yüksəlməsinə səbəb olacaq”, - deyə Dünya Bankının Cənubi Qafqaz ölkələri üzrə yeni regional direktoru Henri Kerali hesab edir.
Layihənin məqsədlərinə kənd infrastrukturu üzrə mikrolayihələrin maliyyələşdirilməsi hesabına nail olunacaq. Potensial investisiyalara əsa iqtisadi infrastruktur (ikinci dərəcəli yolların, içməli su sistemlərinin, suvarma infrastrukturunun, elektrik transformatorların bərpası kimi) və sosial infrastruktur (məsələn, məktəb və xəstəxanaların bərpası və tikintisi) daxildir.
Bankın kredit vəsaitləri Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının şərtləri ilə veriləcək.
Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. Ötən dövr ərzində DB Azərbaycana 43 layihənin reallaşması üçün $3,1 mlrd. məbləğində kredit verilməsini təsdiq edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət