Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2012-ci ilin əvvəlindən müvəkkil kredit təşkilatları vasitəsilə Azərbaycanda sahibkarlara 114,1 mln. manta məbləğində güzəştli kredit verib. Bu barədə İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib.
2012-ci ilin əvvəlindən Fondun vəsaiti hesabına 1328 investisiya layihəsi maliyyələşdirilib.
“Bu layihələrin kreditləşdirilməsi 5,4 mindən çox yeni iş yerinin yaradılmasına imkan yaradır”, - deyə məlumatda SKMF-in icraçı direktoru Şirzad Abdullayevə istinadən vurğulanır.
Məlumatda qeyd edilir ki, cümə günü SKMF Xaçmaz rayonunda regionlarda sahibkarlara dövlət dəstəyi üzrə tədbir keçirib. Tədbirdə Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 100-dək sahibkar iştirak edib.
Ş.Abdullayev tədbirdə qeyd edib ki, son illər ərzində SKMF-nın güzəştli vəsaitin hesabına Xaçmazda səmərəli bağçılıq təsərrüfatları yaradılıb, anbar kompleksləri tikilib, meyvə və tərəvəzin emalı üzrə müəssisələr yaradılıb.
“Tədbir çərçivəsində cümə günü Xaçmaz və yaxın rayonlarda fəaliyyət göstərən 53 sahibkarlıq subyekti 1,1 mln. manat məbləğində güzəştli kreditlər alıb. Bu layihələrin kreditlərdirilməsi təxminən 90 yeni iş yerinin yaradılmasına imkan verəcək”, - deyə məlumatda vurğulanır.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 38 müvəkkil bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2011-ci ildə fond 138 mln. manat məbləğində güzəştli kredit verib. 2012-ci ildə fond sahibkarlara 200 mln. manat məbləğində güzəştli kreditin verilməsini planlaşdırır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət