Azərbaycan ümid edir ki, ATƏT Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə danışıqların gedişində irəliləyişə nail olmaq üçün öz səylərini aktivləşdirəcək. XİN başçısı Elmar Məmmədyarov ATƏT-in baş katibi Lamberto Zanyer ilə ikitərəfli görüşün yekunlarına dair birgə mətbuat konfransında belə bildirib
“Münaqişənin sülh yolu ilə həlli üçün danışıqlar artıq 20 ildir davam edir. Lakin, hələ ki, bir irəliləyiş olmayıb.Biz ümid edirik ki, irəliləyiş əldə edilməsi üçün ATƏT-in fəaliyyəti gücləndiriləcək”.- deyə E.Məmmədyarov qeyd edib.
Öz növbəsində L.Zanyer qeyd edib ki, Dağlıq Qarabağ problemi üzrə mövcud status –kvo qəbuledilməzdir.
“Status –kvo problemin həll variantı olaraq qəbul edilə bilməz”.- deyə o qeyd edib.
ATƏT-in baş katibi atəşkəs xəttində baş verən insidentlərin ciddi narahatlıq doğurduğunu ifadə edib. “Münaqişə tərəfləri gələcəkdə belə insidentlərin baş verməməsi üçün səy göstərməlidirlər”.- deyə L.Zanyer qeyd edib.
ATƏT-in baş katibi Ermənistan –Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində münaqişə tərəflərini güc tətbiq etməməyə çağırıb.
“ATƏT həmçinin, atəşkəs xəttində monitorinq fəaliyyətinin artırılmasını təklif edir.Prezidentlərin görüşündə (Azərbaycan və Erməınistan-İF –Az) tərəflər arasında etimadın artırılmasına yönəldilmiş tədbirlərin tətbiq ediləcəyinə dair razılıq əldə edilib.Biz həmçinin, atəşkəs xəttində insidentlərin araşdırılması mexanizminin istifadə edilməsini təklif edirik”.- deyə l.Zanyer qeyd edib.
Onun sözlərinə görə, münaqişə tərəfləri Dağlıq Qarabağ probleminin nizamlanması üzrə danışıqların səmərəliliyinin təmin edilməsi məqsədi ilə tədbirləri gücləndirməlidirlər.
“Oyunçular nizamlanma prosesinə nə qədər çox cəlb edilsələr, irəliləyiş əldə etmək üçün daha çox imkanlar yaranar”.- deyə ATƏT-in baş katibi bildirib.
Azərbaycanın XİN başçısı E. Məmmədyarov isə bildirib ki, Qarabağ münaqişəsi zonasında araşdırmalar üzrə mexanizmlərin tətbiqi deyil, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal faktının aradan qaldırılması insidentlərin qarşısını ala bilər
“Problem mexanizmdə deyil, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisdində olmasındadır.Ermənistan öz ordusunu geri çəksə, onda nə snayper, nə mexanizm, nə də silahlı insident problemi olmaz”,- deyə E.Məmmədyarov vurğulayıb
Nazirin sözlərinə görə,Qarabağ münaqişəsində həlli tələb olunan əsas məsələ Azərbaycan torpaqlarının işğaldan azad edilməsidir.
Bakı və İrəvan arasında münaqişə 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycana ərazi iddialarından başlayıb. 1994-cü ilin mayına qədər davam edən müharibə nəticəsində Ermənistan təkcə Dağlıq Qarabağı deyil, onun ətrafında olan Azərbaycanın 7 rayonunu da işğal edib. Bu hadisələr nəticəsində 1 mln.-a yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.
Qarabağda və ətraf rayonlarda hərbi əməliyyatlar dövründə BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal altında olan torpaqlarının qeyd-şərtsiz azad edilməsi haqqında dörd qətnamə qə bul edib. Hazırda tərəflər arasında ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparılır. ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransadır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət