Azərbaycan indiyədək Tükmənistan tərəfindən Xəzərdə mübahisəli yataqa dair məsələni beynəlxalq arbitraj məhkəmədə həll etmək niyyəti haqqında rəsmi xəbərdarlıq almayıb.
“Türkmənistan tərəfindən bizə rəsmi səviyyədə bu cür təklif daxil olmayıb”, - deyə xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in baş katibi Lamberto Zanyerlə ikitərəfli görüşün yekunlarına dair birgə mətbuat konfransında məlumat verib.
Bununla yanaşı, nazir xatırladıb ki, Azərbaycan, Rusiya və Qazaxıstan artıq öz aralarında orta xətt prinsipi üzrə Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölgüsü problemini həll ediblər. Türkmənistanın da bu cür prinsipdən istifadə etməsi yataqlara dair mübahisələr kimi problemləri həll etmək imkanı yaradacaq.
“Türkmənistanla həmin üsulla (Azərbaycan, Rusiya və Qazaxıstan arasındaki kimi) məsələni həll etməyə hazırıq”, - deyə E.Məmmədyarov əlavə edib ki, İrana da sulara sərhəd çəkilmə problemini bu cür həll etmək təklif olunub.
“Ümid edirəm ki, gec və ya tez bu məsələyə dair irəliləyiş əldə olunacaq”, - deyə xarici işlər naziri vurğulayıb.
Azərbaycan və Tükmənistan axırıncının seysmik işlərə başlamaq cəhdindən sonra “Kəpəz” yataqına dair bir-birinə notalar təqdim ediblər. Axqabadda bu yataqı “Sərdar” adlandıraraq ona iddia edirlər.
Bundan başqa, Türkmənistan həmçinin Azərbaycanın “BP” başda olmaqla xarici şirkətlərlə birgə 1994-cü ildən etbarən işlətdiyi “Azəri” və “Çıraq” yataqlarını mübahisəli hesab edir.
Xəbər verildiyi kimi, Türkmənistanın rəsmi şəxsləri yataqların aidiyyatına dair mübahisələrin həlli üçün BMT-nin Beynəlxalq məhkəməsinə müraciət etmək niyyətindədir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət