Türkmənistan XİN Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun mübahisənin beynəlxalq arbitraj instansiyalarında baxılması ilə əlaqədar Aşqabadın Bakıya rəsmi müraciət etməməsi barədə söylədiklərinin anlaşılmaz olduğunu bəyan edib.
“Türkmənistan Xarici İşlər Nazirliyi bəyan edir ki, Azərbaycanın Xəzər dənizində qanunsuz birtərəfli hərəkər etməsi məsələsi ilə ( “Ömər” və Osman”- yəni “Azəri” və “Çıraq” yataqlarının qanunsuz işlənilməsi nəzərdə tutulur İF- Az) ,eləcə də “Sərdar” yatağı ilə bağlı qanunsuz tələblərlə əlaqədar dəfələrlə Azərbaycan tərəfinə diplomatik notalar göndərib”.- deyə Türkmənistanın Bakıldakı səfirliyi tərəfindən yayılan Türkmənistan XİN-in məlumatında bildirilir.
“Türkmənistan tərəfi rəsmi xəıbərdarlıqlarında yuxarıda göstərilən məsələ ilə bağlı danışıqlar prosesini davam etdirməyə hazır olduğunu bəyan edib.İki tərəfli razılaşma əldə edilmədiyi təqdirdə Türkmənistan beynəlxalq məhkəmə və arbitraj instansiyalarına müraciət etmək hüququndan istifadə edə bilər”.- deyə məlumada qeyd olunur.
Bundan başqa, xarici siyasət idarəsi qeyd edir ki, 2009-cu il avqustun 4-də Türkmənistan XİN Azərbaycan və Türkmənistan arasında Xəzərin dibinin və sərvətlərinin delimitasiya məsələləri üzrə öz rəsmi mövqeyini elan edib və beynəlxalq məhkəməyə müraciət etməyin məqsəduyğun olduğu bildirilib .
“Göstərilənlər əsasında Türkmənistan tərəfi təccübünü ifadə edərək Azərbaycanın xarici işlər nazirinin söylədiklərinin anlaşılmaz olduğunu bildirir”,- deyə məlumatın sonunda bildirilib.
Azərbaycan XİN başçısı Elmar Məmmədyarov bu yaxınlarda Xəzərdə mübahisəli yataqlar məsələsinin beynəlxalq arbitraj məhkəməsində həll etmək niyyəti barədə Türkmənistan tərəfindən hələ ki, rəsmi bildiriş almadıqlarını bəyan edib.
Bununla belə, nazir xatırladıb ki, Azərbaycan, Rusiya və Qazaxıstan artıq öz aralarında Xəzərin sərhəd sularının bölünməsi ilə əlaqədar problemi orta xətt prinsipi ilə həll ediblər. Türkmənistanın da bu prinsipi əsas götürməsi yataqlar uğrunda mübahisə kimi problemlərin həllinə imkan verər.”Biz bu yolla (Azərbaycan, Rusiya, Qazaxıstanla olduğu kimi) Türkmənistanla da məsələni həll etməyə hazırıq”.- deyən E.Məmmədyarov əlavə edib ki, sərhəd süları probleminin həlli ilə bağlı təklif İrana da edilib.
“Ümid edirəm ki, tez və ya gec irəliləyiş əldə ediləcək”,- deyə Azərbaycanın XİN başçısı söyləyib.
Xəbər verildiyi kimi, bu yaxınlarda Türkmənistan “Kəpəz” yatağında seysmoloji işlərə başlamağa cəhd etdikdən sonra Azərbaycan və Türkmənistan bir- birlərinə nota göndərib.Türkmənistan bi yatağa iddialıdır və onu “Sərdar” adlandırır.
Bundan başqa, Türkmənistan Azərbaycanın 1994-cü ildən başda BP olmaqla xarici şirkətlərlə birgə işlədiyi “Azəri” və “Çıraq” yataqlarını da mübahisəli hesab edir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət