“Azərsu”ASC 2012-ci ilin oktyabr-noyabr aylarında Yevlax, Bərdə və Naftalan şəhərlərində su və kanalizasiya sistemlərinin tikintisi üzrə podratçı seçiminə dair tender elan etməyi planlaşdırır. Bu barədə cəmiyyətdən məlumat verilib.
Cəmiyyətin məlumatına görə, hazırda “Azərsu” ASC Yevlax, Bərdə və Naftalan şəhərlərində su və kanalizasiya sistemlərinin tikintisi üzrə podratçı seçimi üçün ixtisas uyğunluğunun qabaqcadan müəyyənləşdirilməsini keçirir.
Bu işlərin reallaşdırılması Azərbaycan Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JBIC) maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi”nin bir hissəsidir.
İxtisas uyğunluğunun qabaqcadan müəyyənləşdirilməsi seçimində iştirak etmək istəyən şirkətlər ərizələrini avqustun 6-na qədər təqdim etməlidirlər. İştirak qiyməti – 150 manatdır ($200).
Xəbər verilidyi kimi, “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” Azərbaycanın 10 şəhər və rayon mərkəzində (Salyan, Neftçala, Bərdə, Xaçmaz, Yevlax, Naftalan, Xızı, Qusar və Qobustan) su və kanalizasiya sistemlərinin yenidən qurulmasını nəzərdə tutur.
2009-cu il may ayının 29-da imzalanmış kredit sazişinin nizamnaməsinə əsasən, JBIC bu işlərin yerinə yetirilməsi üçün illik 1,4% dərəcəylə, 10 ili güzəştli dövr olmaqla 30 il müddətinə 38 mlrd. yapon yeni ($400 mln) ayıracaq
Ayrılan vəsait ölkənin regionlarında su təmizləyici və çirkab sularının təmizlənməsi üçün qurğuların, yanğınsöndürmə üçün tədbirlər də daxil olmaqla, ümumilikdə nasos stansiyalarının, ötürücü xətlərin və supaylayıcı şəbəkələrin yenidən qurulmasına, habelə su-kanal idarələrinin maddi–texniki bazasının gücləndirilməsinə yönəldiləcək.
Layihə Azərbaycanın 10 şəhər və rayon mərkəzində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını nəzərdə tutur və ümumilikdə, 400 min nəfər insanı əhatə edir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət