2012-ci ilin birinci yarısında AMEA-nın Naxçıvan Bölməsinin əməkdaşları tərəfindən 324 elmi əsər, həmçinin bir kitab, 4 monioqrafiya, 299 məqalə, 11 tezis və 9 buklet yazılıb və nəşr edilib. Bu barədə şöbə sədri, AMEA-nın həqiqi üzvü İsmail Hacıyev cari ilin 6 ayında şöbənin elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunan iclasda məlumat verib.
“Əməkdaşlarımızın 147 elmi əsəri beynəlxalq indeksli jurnallarda, 80 məqalə və 10 nezis isə xaricdə dərc olunub. Hesabat araşdırm dövründə şöbənin elmi əməkdaşları tərəfindən üç patent əldə edilib”, - deyə İ.Hacıyev qeyd edib. Onun sözlərinə görə, qeyd edilən dövr ərzində AMEA-nın Naxçıvan Bölməsi nəzdində “Tusi” nəşriyyatı əməkdaşların 82 məqaləsinin dərc olunduğu “Vesti” jurnalının iki nömrəsi çap edilib. Akademik həmçinin vurğulayıb ki, 22 naxçıvanlı alim dünyanın müxtəlif ölkələrində keçirilən 18 beynəlxalq simpozium və konfranslarda iştirak ediblər. O qeyd edib ki, hesabat dövrü ərzində maddi-texniki bazanın möhkəmlənməsi, struktur şöbələrin formalaşması, şöbənin kadr potensialının artımı üzrə işlər davam etdirilib, elmi-araşdırma müəssisələrində elmi tədqiqatlara və elmi-təşkilati işlərə diqqət artıb. İ.Hacıyevin sözlərinə görə, xarici elmi-araşdırma müəssisələri ilə birgə həyata keçirilən araşdırma işləri davam etdirilib. O bildirib ki, birinci yarımillikdə Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunda qrant layihələri müsabiqəsi çərçivəsində təqdim edilən və qalib olan “Naxçıvan Muxtar Respublikasının yeraltı anbarlarından molibden oksid (IV), sürmə sulfidin (III) və əczaçı təmiz natrium xlorid üçün yeni üsulların işlənməsi” və “AMEA-nın Naxçıvan Bölməsinin Batabat astrofizika rəsədxanası üçün spektrometrik cihazların hazırlanması və qurulması, “Seyss-600” teleskoplarında sınaq müşahidələrin aparılması, ixtisaslaşdırılmış elmi-texniki kadrların hazırlığı və spektroskopik tədqiqatların reallaşdırması” üzrə layihələrin elmi-araşdırma işləri başa çatıb.
AMEA-nın yerli bölməsinin rəhbərinin fikrincə, Bioresurslar İnstitutunun Biokimyəvi tədqiqatlar laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru Vahid Quliyevin adının səmərəli elmi fəaliyyətə görə “International Who’s Who” dünya ensiklopediyasına daxil edilməsi Naxçıvan MR-da həyata keçirilən elmi-araşdırma işlərinin elmi səviyyəsinin göstəricisidir.
İclasda çıxış edən Bioresurslar, İncəsənət, Dil və Əədbiyyat, Tarix, Etnoqrafiya və Arxeologiya, həmçinin Təbii Resurslar İnstitutlarının rəhbərləri bildiriblər ki, əldə olunan elmi uğurlar AMEA-nın Naxçıvan Bölməsinə göstərilən dövlət qayğısı ilə əlaqədardır.
AMEA-nın Naxçıvan Bölməsinin iclasında həmçinin qarşıdakı məsələlər müzakirə olunub.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət