Trans-Anadolu qaz kəmərinin tikintisi layihəsi (Trans Anadolu Pipeline, TANAP) digər şirkətlərin iştirakı üçün açıqdır. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib.
“TANAP layihəsində pay bölgüsü 80% - Azərbaycan, 20% - Türkiyə tərəfinə çatacaq. Eyni zamanda, mən bunu elan etmişəm, bu gün də demək istəyirəm ki, bu layihə tərəfdaşlar üçün, bizim üçün dost olan şirkətlər, Azərbaycanda uzun illər fəaliyyət göstərən şirkətlər üçün də açıqdır. Əgər hər hansı bir şirkət bu layihədə səhmdar, investor kimi iştirak etmək istəyərsə, biz buna müsbət baxacağıq. Əlbəttə, biz qərar verəcəyik ki, hansı şirkətlər bu layihədə iştirak edə bilər”, - deyə İ.Əliyev çərşənbə günü Nazirlər Kabinetinin 2012-ci ilin I yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
I.Əliyevin nitqinin mətni cümə axşamı rəsmi mətbuatda dərc olunub.
Onun sözlərinə görə, Azərbaycan hazırda enerji daşıyıcalarının ixracı üçün çoxşaxəli infrastruktura malikdir.
“Ötən ay biz TANAP layihəsinə start verdik. Bu layihəni bir neçə səbəbə görə tarixi hesab edirik”, - deyə İ.Əliyev qeyd edib. .
Dövlət başçısı vurğulayıb ki, “Şahdəniz”, “Abşeron”, “Ümid” və digər yataqlarımızda 2,6 trilyon kubmetr qaz ehtiyatları vardır ki, bu da “gələn 100 il ərzində bizə və tərəfdaşlara kifayət edəcək”.
Xəbər verildiyi kimi, 2012-ci il iyunun 26-da İstanbulda Trans-Anadolu qaz kəmərinin tikintisi üzrə sazişlər paketi imzalanıb.
Qaz kəmərinin tikintisi $7 mlrd. dəyərində qiymətləndirilir.
“Trans Anadolu Pipeline” qaz kəməri Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub. Nəzərdə tutulduğu kimi, Azərbaycan qazının Türkiyə ərazisindən tranziti üçün yeni qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 mlrd. kubmetr təşkil edəcək: 10 mlrd. kubmetr - Avropa və 6 mlrd. kubmetr - Türkiyənin qərb regionları üçün.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları: BP (operator – 25,5%), “Statoil” (25,5%), Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (10%), “LUKoil” (10%), “NICO” (10%), “Total” (10%) və “TPAO” (9%) şirkətləridir.
Mərhələ-2”-nin dəyəri $22mlrd. məbləğində qiymətləndirilir. İllik hasilat həcmi 16 mlrd. kubmetr qaz təşkil edəcək. “Mərhələ-2” üzrə qaz hasilatı 2017-ci ildə nəzərdə tutulub.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət