2012-ci ilin I yarısında Azərbaycanda sənaye istehsalının həcmi 17,5 mlrd. manat təşkil edib, bu isə 2011-ci ilin analoji dövrünün göstəricisindən 3% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Stastistika Komitəsindən məlumat verilib.
DSK-nın məlumatına görə, hesabat dövrü ərzində sənayenin qeyri-neft sektorunda məhsul istehsalının həcmi 8,7% artıb, neft-qaz sektorunda – 5,2% azalıb.
Yanvar-iyun aylarında emal sahəsində istehsalatın həcmi 5,4% azalıb. Statistikanın məlumatlarına görə, hesabat dövrü ərzində neft hasilatının həcmi 22,2 mln. ton, qaz hasilatının – 8,8 mlrd. kubmetr təşkil edib.
Cari ilin yanvar-iyun aylarında sənaye istehsalının həcminin 77,1% sənayenin mədənçıxarma bölməsinin, 17,6% - emal sənayesinin, 4,8% - elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 0,5% - su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin payına düşüb.
Yanvar-iyun aylarında emal sahəsində məhsulların istehsalat həcmi 13,6% artıb.
Bununla yanaşı, istehsalat qida sənayesində - 5,2%, içkilərin istehsalında – 11,6%, toxuculuq sənayesində - 98,8%, geyim itehsalında – 65,2%, poliqrafiya məhsullarının – 2,1 dəfə, rezin və plastmas məmulatları istehsalında - 3,4 dəfə, tikinti materialları istehsalında – 22,9%, metallurgiya sənayesində - 12,1% artıb.
Birinci yarımillikdə hazır metal məmulatları istehsalı - 82%, kompüter və digər elektron avadanlıqları istehsalının həcmi – 12,9 dəfə, elektrik avadanlıqları istehsalı - 3,1 dəfə, maşın və avadanlıqların istehsalı – 14,4%, mebel istehsalı - 3,5 dəfə, maşın və avadanlıqların quraşdırılması və təmiri - 13,1% artıb.
Yanvar-iyun aylarında elektrik enerjisi, qaz və buxar istehsalı sahəsində istehsalın artımı 4,3% təşkil edib.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda sektorunda istehsalın həcmi 4,8% təşkil edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət