Oktyabr ayında Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) zirvə toplantısı keçiriləcək. Bu barədə İqtiadi İnkişaf Nazirliyindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) görkəmli xadimlər qrupunun 7-ci iclası keçirilib. Burada İƏT-in baş katibi Yəhya Marufi, həmçinin Türkiyə, İran, Pakistan, Əfqanıstan, Qazaxıstan və Qırğızıstan nümayəndələri iştirak edib.
İclasda çıxış edən iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərovun sözlərinə görə, Azərbaycan tərəfi İƏT ilə əməkdaşlığın inkişafında maraqlıdır. O həmçinin qeyd edib ki, 2011-ci ildə Azərbaycanın təşkilata üzv ölkələrlə ticarət dövriyyəsi 37,8% artıb.
İclasın yekunlarına əsasən, “İƏT-in səmərəliliyinin, dinamikliyinin və potensialının gücləndirilməsi” hesabatının hazırlanması üzrə iş başa çatdırılıb. Qrup hesabatı sentyabr ayında Türkiyədə keçiriləcək yekun iclasında İƏT-in Katibliyinə təqdim edəcək. Oktyabr ayında Bakıda keçirilməsi planlaşdırılan İƏT-in zirvə toplantısında hesabata əsasən müvafiq qərarlar qəbul ediləcək.
Səfər çərçivəsində Y.Marufi Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşüb. Görüşdə əməkdaşlığın perspektivləri müzakirə olunub.
Ş.Mustafayev qeyd edib ki, Azərbaycan İƏT Ticarət və İnkişaf Bankın (ECOBANK) 3%-lik payina sahibdir. Müvafiq prosedurlar başa çatdırıldıqdan sonra Azərbaycanın ECOBANK-a tamhüquqlu üzvlüyü təsdiq ediləcək. Bankla əməkdaşlıq özəl sektorun maliyyələşdirilməsinə, İƏT üzvü olan ölkələrlə iqtisadi-ticarət əlaqələrinin inkişafına yeni imkanlar yaradacaq.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət