Sement zavodlarının tikintisi üçün layihə çərçivəsində Azərbaycana idxal olunan mallar, materiallar və avadanlıqlar ƏDV və gömrük rüsumlarından azad olunacaq.
Azərbaycan hökümətinin müvafiq qərarları Nazirlər Kabinetinin saytında dərc olunub.
Bu cür güzəştlərin verilməsi haqqında qərar İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyinin, Vergilər Nazirliyinin və Dövlət Gömrük Komitəsinin təklifləri əsasında qəbul edilib.
Nazirlər Kabinetinin qərarlarına əsasən, istehsal gücü gündə 5 min ton klinker və ya ildə 2 milyon ton sement təşkil edən və APİ (American Petroleum İnstitute) standartlarına cavab verən quyu-tamponaj sementi istehsal edən sement zavodlarının tikintisi üçün layihə çərçivəsində idxal olunan mallar, materiallar və avadanlıqlar əlavə dəyər vergisindən və ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarından azad olunur.
Bu qərar avqustun 18-dən qüvvəyə minir və 2014-cü il yanvarın 1-dək qüvvədədir.
Azərbaycanda ƏDV dərəcəsi 18% təşkil edir.
Statistika məlumatlarına görə, 2012-ci ilin I yarısında Azərbaycanda 850,5 min ton sement istehsal edilib, bu isə ötən ilin analoji dövründən 32,7% çoxdur.
Hazırda 44% sementə olan tələbat daxili istehsalat hesabına təmin edilir. 2013-cü ildə bu göstərici 75%, 2014-xü ildə - 125% təşkil edəcək. Bu məqsədlə Azərbaycanda bir neçə sement zavodu tikilir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət