Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Qəbələnin Nic kəndindəki qədim alban Müqəddəs Yelisey kilsəsi ilə tanış olub. Bu barədə Komitədən bazar ertəsi məlumat verilib.
Alban-Udi Xristian İcmasının sədri Robert Mobilin E.İskəndərova məlumat verib ki, 1836-cı ildə Rus pravoslav kilsəsinin müqəddəs sinodunun xüsusi fərmanına əsasən Müqəddəs Yelisey kilsəsi erməni qriqorian kilsəsinin sərəncamına verilib.
E.İskəndərov udinlərin erməniləşmə təhlükəsi ilə üzləşərək uzun illər boyu dini hayatdan məhrum olmalarını böyük ədalətsizlik kimi qiymətləndirib.
“Ermənilərin tarixi alban kilsəsinin həm arxivlərini, həm dini liturgiyasını, həm dini məbədlərini oğurlayıb mənimsəmələri, yaxud da məhv etmələri erməni millətçiliyinin, dini irqçiliyinin bariz nümunəsidir”, - deyə o vurğulayıb.
Komitə sədri qeyd edib ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ölkədə yaşayan bütün milli azlıqlara öz tarixi milli-mənəvi dəyərlərinin bərpasına, inkişaf etdirilməsinə tam şərait yaradılıb.
Bundan başqa, E.İskəndərov Müqəddəs Yelisey kilsəsində təmir işlərinin gedişi ilə tanış olub.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət