2012-ci il iyulun sonuna SSRİ Əmanət Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə ümumilikdə 147 mln. 131,88 min manat məbləğində birdəfəlik ödəmələr verilib. Bu barədə “Kapital Bank” ASC-nin İdarə Heyətinin sədri Elmar Məmmədov rəsmi mətbuata müsahibəsində məlumat verib.
Onun sözlərinə görə, 2012-ci il iyunun 1-dən avqustun 1-dək banka 449,69 min müraciət daxil olub, 393 min müraciətə bankın 16 məntəqəsində baxılıb.
Ümumilikdə, iyun-iyul aylarında 363,215 min əmanətçiyə kompensasiya ödənilib.
Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev 2012-ci ilin mart ayında 1992-ci il 1 yanvar tarixinə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, fərdi birdəfəlik ödəmələr 1992-ci il 1 yanvar tarixinə əmanətləri olan əmanətçilərə veriləcək.
Birdəfəlik ödəmə əmanət qalığının məbləğindən asılı olaraq aşağıdakı qaydada hesablanacaq: əmanət 2 min rubla qədər olduqda (0,04 manat) əmanət qalığının hər bir qəpiyi üçün 75 manat, 2 mindən 5 min rubla qədər olduqda (0,04 manatdan 0,1 manata qədər) - 300 manat + 0,04 manatdan artıq olan əmanət qalığının hər bir qəpiyinə 50 manat, 5 mindən 10 min rubla qədər olduqda (1 manatdan 0,2 manata qədər) - 600 manat + 0,1 manatdan artıq olan əmanət qalığının hər bir qəpiyinə 40 manat, 10 min rubldan yuxarı olduqda (0,2 manatdan) – 1 min manat + 0,2 manatdan artıq olan əmanət qalığının hər bir qəpiyinə 25 manat veriləcək.
Vəsaitlərin verilməsi prosesi 19 ay ərzində həyata keçiriləcək. Vətəndaşların ərizələri 2012-ci il dekabrın 31-dən qəbul edilir, vəsaitlərin verilməsi isə 2013-cü il dekabrın 31-nə qədər başa çatacaq.
İnventarizasiya zamanı SSRİ Əmanət Bankında 2,4 mln. hesabın olduğu müəyyən edilib. Əmanətlərin qaytarılması üçün 1 mlrd. manata yaxın vəsait lazım olacaq.
Ərizələrin qəbulunun və vəsaitlərin verilməsinin təşkili üçün “Kapital Bank”ın 65-i Bakıda, qalanları isə regionlarda olmaqla 143 məntəqəsi yaradılıb və əlavə 350 nəfər cəlb edilib.
"Kapital Bank" 2005-ci il yanvarın 26-da fəaliyyətə başlayıb. Bankın səhmdarları “Paşa Holding” (99,76%) və fiziki şəxslərdir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət