ABŞ Dövlət Departamentinin insan hüquqları üzrə 2011-ci il üçün hesabatda Azərbaycanda dini vəziyyətin təhlili səthidir və qeyri-obyektivdir. Bakıda belə hesab edirlər.
“ABŞ Dövlət
Departamentinin insan hüquqları üzrə 2011-ci il üçün hesabatda Azərbaycanda dini durumla əlaqədar real vəziyyət öz əksini tapmayıb”, - deyə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məlumatında bildirilir.
“Dövlət Departamentinin hesabatının bu hissəsi səthi xarakter daşıyır, hesabatın tərtibatında bir sıra hallarda qüsur və qeyri dəqiqliklərə yol verilib, təhlil işi zəif, şablon sxemlərə uyğun və səthi şəkildə həyata keçirilib”, - deyə məlumatda qeyd edilir.
Bununla yanaşı, Komitə qeyd edir ki, hesabatda “Əjdərbəy” məscidinin yenidənqurmadan sonra Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasiminin keçirilməsi, Bakıda dağ yəhudiləri dini icması üçün yeni sinaqoqun istifadəyə verilməsi, katolik kilsəsinin Apostol prefekturasının dövlət qeydiyyatına alınması və bu faktların sənəd müəllifləri tərəfindən dini azadlığa hörmətdə müsbət irəliləyiş kimi qeyd olunması Azərbaycanda dini tolerantlıq və dövlətin dini azadlığın qorunmasına göstərdiyi diqqətin təsdiqidir.
Həmçinin, Komitə qeyd edir ki, sənəddə Azərbaycanda dini durumla əlaqədar real vəziyyət öz əksini tapmayıb. “Məsələn “Mədh kilsəsi” dini icmasının yenidən dövlət qeydiyyatına alınmadığı bildirilir, halbuki həmin dini qurum “həyat sözü” dini icması adı ilə Komitədə yenidən qeydiyyatdan keçib. Bundan başqa, “Yehovanın şahidləri” dini icması ilə bağlı hesabatda qeyd edilənlərin əksinə olaraq Dövlət Komitəsi həmin dini icmaya qarşı hansısa iddia qaldırmayıb. Əksinə, dini icma Komitəyə qarşı müxtəlif iddialarla məhkəməyə müraciət edib”, - deyə məlumatda vurğulanıb.
Komitədə hesab edirlər ki, eyni qeyri obyektivlik dini ədəbiyyatın nəşri ilə bağlı məsələdə də özünü büruzə verib. Dini ədəbiyyatın nəşrinə və yayılmasına məhdudiyyətlər qoyulmasına dair hesabatda yer alan fikirlər ilə bağlı bildiririk ki, bu sahədə hesabat müəlliflərinin fikrini nəinki Komitə, ölkənin dini icmalarının mütləq əksəriyyəti bölüşmür. Belə ki, bu vaxta qədər dini ədəbiyyatla bağlı “Yehovanın şahidləri” dini icması istisna olmaqla Komitəyə heç bir şikayət xarakterli müraciət daxil olmayıb”, - deyə məlumatda qeyd olunur.
Komitədən məlumat verilib ki, hesabatın obyektiv və əsaslı tərtib edilməsi üçün ABŞ tərəfi ilə əməkdaşlığa hazırdır. “Hesabat tərtib olunarkən sadalanan qüsurlara və qeyri-dəqiqliklərə yol verilməməsi üçün sənədin hazırlıq mərhələsində, tam müstəqilliyi qorumaqla göstərilən faktlarla bağlı dövlətin rəsmi rəyi alınması onun keyfiyyətinin artmasına xidmət edə bilər. Qeyri-rəsmi mənbələrlə rəsmi baxışın birgə araşdırılması daha aydın, obyektiv və hərtərəfli təhlillərin aparılmasına şərait yaradardı. Komitə gələcəkdə bu səpkili hesabatların daha obyektiv və əsaslı tərtib edilməsi üçün ABŞ tərəfi ilə əməkdaşlığa hazır olduğunu bildirir”, - deyə məlumatda vurğulanır.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət