Naxçıvan Muxtar Respublikasının (MR) Ali Məclisinin sədri Vasif Talıbovun sərəncamına əsasən, 2012-2015-ci illərdə “Naxçıvan tarixi” çoxcildli kitab nəşr olunacaq.
“Naxçıvan Muxtar Respublikası böyük tarixi keçmişə malikdir. Aparılan elmi araşdırmalar göstərib ki, Naxçıvan MR-nın yerləşdiyi ərazi insan sivilizasiyanın ən vacib ocaqlarından biri olub. MR-nın ərazisinin əlverişli cografi yerləşməsi və onun təbii sərvətlərlə bol olması burada ən qədim zamanlardan məskunlaşmasına, onlar tərəfdən daş dövrünün özünəməxsus mədəniyyətin yaradılmasına imkan yaradıb. Sonrakı dövrlərdə bu ərazi Yaxın Şərqdə yaranan bir çox mədəniyyətlərin, həmçinin eneolit dövrünün mədəniyyəti, Kür-Araz mədəniyyəti və rəngli keramika mədəniyyətinin əsas mərkəzlərindən birinə çevrilib. Zamanla Naxçıvanın Yaxın Şərqin qədim şəhərləri ilə iqtisadi-mədəni əlaqələri formalaşıb. Əkinçilik, heyvandarlıq, ilkin duz hasilatı, ticarət və müxtəlif sənətlərin inkişafı sosial-iqtisadi və mədəni tərəqqiyə təkan verib, nəticədə 5 min il öncə müasir Naxçıvan şəhərinin ərazisində ilkin şəhər mədəniyyəti formalaşıb”, - deyə sərəncamın preambulasında qeyd edilir.
Sərəncamda bildirilir ki, son dövrlərdə Naxçıvanın mədəniyyət, tarix və abidələr, arxeologiya, etnoqrafiya, təbii resursları müxtəlif tədqiqat obyektləri olub, yeni elmi istiqamətlər müəyyən edilib və bir sıra nəticələr əldə olunub. “Naxçıvan tarixinin problemləri və müxtəlif dövrlər üzrə bir çox elmi-təhqiqat materialların nəşri, keçirilən arxeoloji ekspedisiyalar nəticəsində yeni zəngin materiallar “Naxçıvan tarixi” çoxcildli kitabın hazırlanasına əsas verib”, - deyə sərəncamda vurğulanır.
Qeyd olunan sərəncamdan irəli gələn məsələlərin həlli AMEA-nın Naxçıvan Bölməsi və Naxçıvan Dövlət Universitetinə tapşırılıb.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət