Əldə olunan təcrübə və elmi nailiyyətlər “Naxçıvanın tarixi” adlı çoxcildli kitabın yüksək səviyyədə hazırlanmasına imkan yaradır. Bu barədə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov çoxcildli kitabın hazırlanması sahəsində həyata keçirilən işlərə və qarşıda duran vəzifələrə həsr edilən müşavirədə bəyan edib.
“Naxçıvanın tarixi” adlı çoxcildli kitabın hazırlanmasına aparan yol 1996-cı ildə keçirilən “Naxçıvan beynəlxalq mənbələrdə” Beynəlxalq simpoziumdan başlayır. Bu simpoziumda gündəliyə Naxçıvanın tarixinin hərtərəfli və dərindən öyrənilməsi məsələsi çıxarılıb. Ümummilli lider Heydər Əliyevin müvafiq tapşırığına müvafiq olaraq 2002-ci ildə AMEA Naxçıvan bölməsinin ”yaradılması bu istiqamətdə həyata keçirilən işlərə əlavə təkan verib”, - deyə V.Talıbov müşavirədə çıxışı zamanı qeyd edib.
Onun sözlərinə görə, ötən 10 il ərzində AMEA Naxçıvan bölməsi mühüm elmi-tədqiqat müəssisəsi kimi formalaşıb. Naxçıvanın tarixi ilə bağlı elmi araşdırmalar konkret istiqamətə yönəldilib, tanınmış Azərbaycan mütəxəssislərinin iştirakı ilə geniş təqdiqatlar aparılıb, minə yaxın kitab, monoqrafiya, dərslik və elmi məqalələr nəşr edilib. O cümlədən, “Naxçıvan abidələrinin ensiklopediyası”, “Naxçıvan Ensiklopediyası”, “Naxçıvanın tarixi atlası” nəşr edilib.
“Bu nəşrlərdə və aparılan araşdırmalar zamanı Naxçıvanın insan sivilizasiyasının vacib ocaqlarından biri olması sübut olunub. Naxçıvanın tarixinin öyrənilməsində əsas mərhələlərə 2009-cu ildə keçirilən “Nuh peyğəmbər: dünya daşqını və Naxçıvan”, 2011-ci ildə - “Naxçıvan: ilkin məskunlaşma və şəhərsalma yeri kimi” , 2012-ci ildə - “Naxçıvan: ilkin şəhər və Duzdağ” beynəlxalq simpoziumlar daxildir”, - deyə V.Talıbov bildirib.
O qeyd edib ki, bu forumlarda MR-nin tarixinin öörənilməsində yeni elmi istiqamətlər müəyyən edilib.
Ali Məclisin sədri vurğulayıb ki, Naxçıvan tarixinin müxtəlif dövrləri və problemlərinə dair çoxlu sayda mühüm elmi-tədqiqat materiallarının nəşr edilməsi və aparılan arxeoloji tədqiqatlar nəticəsində yeni materialların əldə olunması “Naxçıvanın tarixi” adlı çoxcildli kitabın hazırlanması üçün zəmin yaradıb.
“Bütün bunla nəzərə alınaraq, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədrinin 2012-c il 6 avqust tarixli sərəncamına əsasən, “Naxçıvanın tarixi” adlı çoxcildli kitabın hazırlanması barədə qərar qəbul edilib. Bu iş AMEA Naxçıvan bölməsi və Naxçıvan Dövlət Universitetinə tapşırılıb. Sərəncamın icrası ilə əlaqədar ötən dövr ərzində bir sıra işlər həyata keçirilib, kitabın strukturu və planı hazırlanıb, redaksiya şurası və müəlliflər qrupu müəyyən edilib”, - deyə V.Talıbov qeyd edib.
Müşavirədə çıxış edən AMEA Naxçıvan bölməsinin sədri İsmayıl Hacıyev “Naxçıvanın tarixi” adlı çoxcildli kitabın hazırlanması istiqamətində aparılan işlər barədə məlumat verib. Qeyd edilib ki, kitabda qədim dövrlərdən etibarən Naxçıvam tarixi xronoloji ardıcıllıqla təqdim olunacaq. Birinci cild qədim dövrlərdən etibarən XVIII əsrin ortalarını, ikinci cild - XVIII əsrin ortalarından XX əsrin 30-cu illərinə qədər dövrü, üçüncü cild isə - müasir dövrü əhatə edəcək.
Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəylinin sözlərinə görə, bu kitabın nəşri Azərbaycanın elmi və ictimai fikrin tarixində böyük məna kəsb edəcək. İ.Həbibbəyli qeyd edib ki, kitabın hazırlanmasında “Nuh peyğəmbər”, “Dünya daşqını və Naxçıvan” mövzularına, Gəmiqayada təsvirlərin mədəniyyətinə, Duzdağ mədəniyyətinə, elm tarixinin öyrənilməsinə, Naxçıvanın təhsil və incəsənətinə xüsusi diqqət yetiriləcək.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri müvafiq təşkilatlara konkret tapşırıqlar verib. O qeyd edib ki, AMEA Naxçıvan bölməsi və Naxçıvan Dövlət Universiteti birinci cildin 2013-cü ildə, ikinci cildin – 2014-cü ildə, üçüncü cildin – 2015-ci ildə çapa hazırlanmasını təmin etməlidir. Naxçıvan MR torpaq və kartoqrafiya üzrə Dövlət Komitəsinə kitaba daxil ediləcək kartaların yüksək səviyyədə hazırlanması barədə tapşırıqlar verərkən, V.Talıbov vurğulayıb ki, yalnız etibarlı mənbələrə və elmi əsasını tapan nəticələrə istinad etmək lazımdır.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət