Britaniyanın Caspian Energy International Media Group LLC şirkəti dövlət və trans-milli neft –qaz şirkətlərinin reytinqinin tərtib edilməsi üzrə araşdırma aparır.Bu barədə CEIBC-in məlumatında bildirilir.
“Sözügedən araşdırmanın təfərrüatları cümə axşamı Praqada Caspian Energy International Media Group və CEIBC Direktorlar Şurasının birgə iclasında müzakirə olunub.Birinci araşdırma SOCAR şirkətinə həsr olunacaq”,- deyə məlumatda bildirilir.
Eləcə də iclasda Azərbaycan ərazisində fəaliyyət göstərən BP, Total, ExxonMobil, Chevron, Lukoyl və digər şirkətlərin reytinqinin müəyyən edilməsi üçün onların fəaliyyətinin öyrənilməsi təklif olunub.
Bundan başqa, CEIBC rəhbərliyinin qərarı ilə 2012-ci ilin oktyabrından 2013-cü ilin iyununa qədər Azərbaycanın bütün dövlət şirkətlərinin və Xəzər-Qaradəniz ölkələri şirkətlərinin fəaliyyətlərinin ətraflı və müqayisəli təhlilinin aparılması və aylıq reytinqinin tərtib edilməsi üzrə əlavə araşdırma aparılacaq.
Araşdırılan subyektlərin siyahısına “Azərenerji”ASC, “Azərbaycan Hava Yolları”. “Xəzər Dəniz Gəmiçiliyi”, “Bakıelektrikşəbəkə”Alternativ bə bərpa olunan enerji mənbələri üzrə Dövlət Komitəsi, Azərbaycan Beynəlxalq Bankı,”Azərneftkimyamaş”ASC, “Azərkimya” SOCAR və digər şirkətlər daxil edilib.
Araşdırmada iki metod tətbiq ediləcək- əhali arasında sosialoji sorğu və top- menecerlər, mütəxəssislər arasında ekspert sorğusu, eləcə də dünyanın 50 ölkəsində Caspian Energy abunəçiləri arasında sorğu.
Araşdırma çərçivəsində tədqiq edilən şirkət və təşkilatların fəaliyyətinin bütün müsbət və mənfi cəhətlərinin, reallaşdırılan layihələr çərçivəsində onların tərəfdaşlarının , podratçı və subpodratçıların üləşdiyi obyektiv və subyektiv problemlərin öyrənilməsi və s. planlaşdırılır.
Araşdırmaların bütün nəticələri ilk növbədə Azərbaycanın Prezident Administrasiyasına və Nazirlər Kabinetinə təqdim olunacaq.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət