Azərbaycan və Almaniya birgə müəssisəsi “T.T.Ş. Inşaat MMC & Ludwig Pfeiffer Hoch-und Tiefbau GmbH & Co.KG” Beyləqan şəhərində su təchizatı və kanalizasiya sistemlərini yenidən qurur. Bu barədə “Azərsu” Səhmdar Cəmiyyətindən məlumat verilib.
“T.T.Ş. Inşaat MMC & Ludwig Pfeiffer Hoch-und Tiefbau GmbH & Co.KG” müvafiq beynəlxalq tenderin qalibi olub.
Layihə çərçivəsində şirkət Beyləqan şəhərini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün hər birinin dərinliyi 150 metr olan 5 ədəd subartezian quyusu qazmalıdır. Bundan başqa, layihədə 71 kilometr uzunluğunda su paylayıcı şəbəkənin çəkilməsi, 3400 abunəçinin su sayğacı ilə təmin edilməsi, tutumu 0,5 min kubmetr olan iki ədəd su anbarının tikintisi nəzərdə tutulur.
Bununla yanaşı 2750 ünvana xidmət edəcək 79 kilometr uzunluğunda çirkab su şəbəkəsi çəkiləcək.
Beyləqan şəhərində su təchizatı və kanalizasiya şəbəkələrinin yenidən qurulması işləri Asiya İnkişaf Bankının (AİB) krediti hesabına aparılacaq və 548 gün ərzində yerinə yetirilməlidir.
Xəbər verildiyi kimi, tenderin şərtlərinə əsasən, Ağdaş şəhərində bütün işlər 2011-ci ilin sonunda AİB Azərbaycanın regionlarında su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması üçün $300 mln. məbləğində kredit verilməsinin təsdiq edib. Bu AİB-in Azərbaycan üçün təsdiq etdiyi su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılmasına $600 mln. həcmində çoxtranşlı maliyyələşdirmə çərçivəsində ikinci tranşdır. İkinci tranşın vəsaitləri ilk növbədə, Ağdaş, Göyçay və Naxçıvanda su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması çərçivəsində görülən işlərin başa çatdırılmasına yönəldiləcək. Qalan vəsait hesabına layihənin Beyləqanda da həyata keçirilməsi nəzərdə tutulur.
Xəbər verildiyi kimi, AİB-in Direktorlar Şurası 2009-cu il sentyabrın 23-də su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması üçün Azərbaycana $600 mln. məbləğində çoxtranşlı maliyyə vəsaitinin ayrılmasını təsdiq edib. Azərbaycan höküməti səkkiz illik investisiya proqramı çərçivəsində bu məqsədlərə $200 mln. ayırmağı planlaşdırır. Bununla yanaşı, bankın kreditinin birinci tranşı $75 mln. təşkil edib.
Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Bankın Azərbaycanda energetika, ASK, nəqliyyat ,mənzil kommunal təsərrüfatı, özəl sektorun inkişafı sahələrində 15 layihə üzrə kredit portfeli $720 mln.təşkil edir.
AİB 2011-2013-cü illər üçün biznes plan çərçivəsində Azərbaycan hökümətinə $1 mlrd. məbləğində kredit ayırmağı planlaşdırır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət