Naxçıvan Muxtar Respublikasında (MR) sərhəd zastava kompleksinin açılışı olub. Sədərək rayonunda 1 -ci sərhəd zastava kompleksinin açılış mərasimində Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov iştirak edib.
”1992-ci il avqustun 22-də Naxçıvandakı sərhəd dəstəsində ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın üçrəngli bayrağının qaldırıldı, Azərbaycanın ilk milli sərhəd dəstəsinin təməli qoyuldu,- deyə V.Talıbov qeyd edib.
“20 il dövlətçilik və dövlət quruculuğu tarixində elə bir böyük dövr deyildir. Azərbaycanın ilk milli sərhəd dəstəsinin yaradılmasından ötən qısa müddət ərzində ölkəmizin Sərhəd Qoşunları böyük inkişaf və təşkilatlanma yolu keçmişdir. Bu gün hər birimiz fəxr edirik ki, müstəqil Azərbaycanın sərhədlərini onun milli sərhədçiləri qoruyur. Bu, xalqımızın əldə etdiyi böyük bir nailiyyətdir.”,- deyə Naxçıvan MR-nın başçısı söyləyib.
O qeyd edib ki, Naxçıvan sərhəd dəstəsi qısa müddətdə uğurlu inkişaf yolu keçib.Onun sözlərinə görə, prezidentin əmri ilə 2004-cü il yanvarın 14-dən Naxçıvan sərhəd dəstəsinin bazası əsasında yaradılmış Naxçıvan Sərhəd Diviziyası 215 kilometrlik sərhəd xəttini bu gün layiqincə qoruyur.
Ali Məclisin sədri bildirib ki, bu gün müasir tələblərə cavab verən sərhəd zastavası kompleksinin istifadəyə verilməsi də Azərbaycan dövlətinin əsgərlərimizə, sərhədçilərimizə göstərdiyi diqqət və qayğının təzahürüdür
Açılış mərasimində çıxış edən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev qeyd edib ki , bu gün ölkəmizin sərhədləri etibarlı şəkildə qorunur. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə digər sahələrdə olduğu kimi, Sərhəd Qoşunlarının da maddi-texniki bazasının möhkəmləndirilməsi, şəxsi heyətin döyüş qabiliyyətinin artırılması, zabit və gizirlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, Sərhəd Qoşunları gündən-günə daha da qüdrətlənir.“Sərhəd xidmətinin təkmilləşdirilməsi istiqamətində Naxçıvan Muxtar Respublikasında da mühüm işlər görülür. Son illər həyata keçirilən ardıcıl tədbirlər nəticəsində “Naxçıvan” Sərhəd Diviziyasının maddi-texniki bazası xeyli möhkəmləndirilmiş, sərhəd zastavaları müasir texnika, avadanlıq və ləvazimatlarla təmin olunmuş, şəxsi heyətin peşəkarlığı artırılmış, yeni sərhəd infrastrukturu yaradılmışdır. Bütün bunlar muxtar respublika sərhədlərinin etibarlı şəkildə qorunmasına təminat verir”,- deyə Dövlət Sərhəd Xidmətinin rəisi bildirib.
Zastavanın ərazisində tikilmiş üç mərtəbəli yataqxana istirahət, təlim və digər xüsusi təyinatlı otaqlarla, yeməkxana və mətbəxlə təmin edilib. Bir mərtəbəli texniki binada isə avtomobillərin və hərbi texnikanın saxlanılması üçün şərait yaradılıb, camaşırxana, müxtəlif anbarlar, hamam istifadəyə verilib. Həmçinin, zastava ərazisində xidməti heyvanlar üçün də xüsusi yer hazırlanıb. Zastavada xidmət edən zabit və gizir ailələri üçün ikimərtəbəli 8 mənzilli yaşayış binası tikilib, mənzillər mebel və digər zəruri məişət avadanlıqları ilə təchiz olunub.Binanın zirzəmisində hər bir mənzil üçün 8 məişət otağı nəzərdə tutulub.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət