Naxçıvan Muxtar Respublikasında heyvandarlıq və quşçuluq məhsullarının ixrac potensialı yaranıb. Bu barədə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqı tərəfindən yaradılan qarışıq qüvvəli yem istehsalı müəssisəsinin açılış mərasimində bəyan edib.
“Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə ərzaq təhlükəsizliyinin təmin olunması məsələsi daim diqqət mərkəzində saxlanılıb, kənd təsərrüfatının inkişafına hərtərəfli dövlət qayğısı göstərilib”, - deyə o qeyd edib.
Ali Məclisin sədri vurğulayıb ki, ölkədə daxili bazarın qorunması, yerli istehsalın artırılması və ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər bu gün də davam etdirilir. “Muxtar respublikada da ərzaq təhlükəsizliyinin təmin edilməsi diqqət mərkəzində saxlanılır, iqtisadiyyatın aparıcı sahələrindən biri olan kənd təsərrüfatının inkişafına hərtərəfli dövlət qayğısı göstərilir. Yeni heyvandarlıq və quşçuluq təsərrüfatlarının yaradılması ilə yanaşı, heyvanların və quşların baş sayının artırılmasına və məhsuldarlığın yüksəldilməsinə xüsusi diqqət göstərilir. Bunun nəticəsidir ki, artıq muxtar respublikada heyvandarlıq və quşçuluq məhsullarının ixrac potensialı yaranıb”, - deyə o bildirib.
V.Talıbov qeyd edib ki, ətlik və südlük istiqamətində məhsul istehsalının artırılmasında qüvvəli yem istehsalı sahələrinin yaradılması mühüm əhəmiyyətə malikdir. Bunun üçün muxtar respublikada əlverişli şərait, dövlət maliyyə dəstəyi və investisiya mühiti mövcuddur. Əvvəllər qüvvəli yemə olan tələbatın idxal hesabına ödənilməsi müəyyən çətinliklərin yaranmasına səbəb olurdu. Ötən il muxtar respublikada ilk qarışıq qüvvəli yem istehsalı sahəsinin istifadəyə verilməsi ətlik-südlük heyvanların və ətlik-yumurtalıq quşların qüvvəli yemlə təmin olunması baxımından mühüm əhəmiyyət daşıyıb. Lakin bu müəssisə tələbatı tamamilə ödəmək gücündə deyildi. Ona görə də yeni müəssisənin yaradılması üçün kredit ayrılıb, qısa zamanda bu müəssisənin yaradılmasına nail olunub. Yeni müəssisə heyvandarlıq və quşçuluq təsərrüfatlarının səmərəli fəaliyyətinə şərait yaradacaq, bu sahədə məhsul istehsalının artmasına səbəb olacaq.
Ali Məclisin sədri deyib ki, Naxçıvanda heyvandarlıq və quşçuluq təsərrüfatlarının illik qüvvəli yemə olan tələbatı 70 min tona yaxındır. Bu müəssisənin istifadəyə verilməsi ilə qüvvəli yemə olan tələbat 100% ödəniləcək, idxaldan asılılıq aradan qaldırılacaq. Onun sözlərinə görə, hazırda müəssisənin xammala olan tələbatının bir qismi yerli istehsal hesabına ödənilir. Gələcəkdə xammala olan tələbatın tamamilə yerli istehsal hesabına ödənilməsi təmin olunacaq.
Müəssisənin yaradılmasına 1 mln. manat vəsait sərf olunub. İstehsal gücü saatda 10 ton olan müəssisədə Türkiyədən gətirilmiş avadanlıq quraşdırılıb. İstehsal sahəsində 4 çeşiddə yem istehsal olunacaq.
Həmin gün V.Talıbov “Taxıl məmulatları sənaye kompleksi” QSC-nin taxıl və un anbarlarına baxıb, toxumçuluq təsərrüfatlarının fəaliyyəti ilə maraqlanıb.
Qeyd edilib ki, NMR-də 7 toxumçuluq təsərrüfatı fəaliyyət göstərir, toxumlara olan tələbatın 95%-i bu müəssisələrin və fərdi təsərrüfatların hesabına ödənilir. V.Talıbov vurğulayıb ki, toxumçuluq təsərrüfatlarına dövlət tərəfindən lazımi dəstək bundan sonra da göstəriləcək.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət