Azərbaycan Respublikasının Nazirlər Kabineti gömrük nəzarətindən keçməli olan malların yoxlanılmasının sürətləndirilməsi, gömrük nəzarətinin səmərəliliyinin artırılması və həyata keçirilmə müddətinin azaldılması məqsədi ilə gömrük orqanları tərəfindən istifadə olunan texniki vasitələrin siyahısı və onlardan istifadə qaydalarını təsdiq edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Nazirlər Kabinetindən məlumat verilib.
Texniki nəzarət vasitələrindən gömrük nəzarəti altında olan malların və nəqliyyat vasitələrinin, fiziki şəxslərin və onların əl yüklərinin, müşayiət olunan və müşayiət olunmayan baqajların və beynəlxalq poçt göndərişlərinin yoxlanılmasının sürətləndirilməsi, sadələşdirilməsi, gömrük nəzarətinin səmərəliliyinin artırılması müddətinin azaldılması məqsədi ilə istifadə edilir.
Gömrük nəzarəti altında olan texniki vasitələrin siyahısına baxış-rentgen texnikası əl yükünün, müşayiət olunan və müşayiət olunmayan baqajların, malların və nəqliyyat vasitələrinin, beynəlxalq poçt göndərişlərinin yoxlanılması üçün rentgen şüalarının aktivləşdirilməsi ilə obyektin daxili quruluşu və içindəki əşyaların təsviri barədə məlumat alınmanı təmin edir; bölünən və radioaktiv materialların müəyyən edilməsi məqsədi ilə gömrük nəzarəti tətbiq edilərkən istifadə olunan texniki nəzarət vasitələri; axtarış texniki nəzarət vasitələri; eyniləşdirmə texniki nəzarət vasitələri (gömrük və digər sənədlərin, plomb və möhürlərin həqiqiliyini müəyyən edən cihazlar; gömrük orqanlarına təqdim olunan mal-müşayiət sənədlərinin üzərindəki məlumatların və möhürlərin, həmçinin malların üzərindəki plomb və möhürlərin həqiqiliyini yoxlayan cihazlar, qiymətli daşların və metalların əyarını müəyyən edən detektorlar; rentgenoflüressent cihazlar və s.); vizual texniki nəzarət vasitələri (fotoaparatlar, videokameralar, videomaqnitofonlar və diktofonlar); audio və video məlumat daşıyıcıları üzrə texniki nəzarət vasitələri; operativ rabitə üzrə texniki nəzarət vasitələri və s. daxildir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət