Belarusun dövlət başçısı Aleksandr Lukaşenko köməyə görə, o cümlədən Belarus dövlətinin müstəqilliyi ilə başlı məsələlərdə respublikaya göstəriyi dəstək üçün Azərbaycan Prezidenti İlham Əliyevə minnətdardır.
“Siz çox yaxın və dost ölkəyə gəlmisiniz. Burada çətin anlarımızda bizim ölkəmiz üçün etdiyiniz , hətta bəzən qeyri-standart olan böyük işlərə görə sizi sevir və hörmət edirlər.Və bu bizim ölkəmizin müstəqilliyi məsələləri ilə bağlı idi.Təkcə mən yox, belarus xalqı da bu barədə bilir və bunu yüksək qiymətləndirir”,- deyə A.Lukaşenko çərşənbə axşamı Azərbaycan Prerzidentinin Belarus Respublikasına rəsmi səfəri çərçivəsində görüş zamanı bildirib.
“Azərbaycana lazım olan hər hansı məsələylə bağlı biz istənilən çağırışınıza hər zaman cavab verəcəyik”.- deyə Belarus dövlətinin başçısı əmin edib.
A.Lukaşenko bildirib ki, ölkələr arasında “danışıqlar üçün bütövlükdə qarşılıqlı əlaqələrdə heç bir qapalı mövzu yoxdur”.”Biz strateji tərəfdaşlarıq”,- deyə Belarus Prezidenti vurğulayıb.
O söyləyib ki, keçən il öılkələr arasında $1 mlrd-a yaxın mal dövriyyəsi olub.”Bu il geriləmə var. Lakin, biz buraxılmış imkanların yerini doldurmağa qərarlıyıq”,- deyə A.Lukaşenko bildirib.
Prerzident həmçinin qeyd edib ”Bizim hələ Heydər Əliyevin zamanından dostluq əlaqələrimiz var.” O zamandan bizim qarşılıqlı əlaqələrimizin əsası qoyulub”.- deyən A.Lukaşenko əlavə edib ki, bu gün də ölkələrimiz arasında ” heç bir fikir ayrılığı yoxdur”. Belarus Prezidenti İ.Əliyevi əmin edib ki, Belarus bundan sonra da hər iki ölkənin maraqlarına uyğun hərəkət edəcək.
Azərbaycan Prezidenti öz növbəsində bəyan edib ki,”Bizim münasibətlərimizin xarakteri, mahiyyəti səmimiyyətə və qarşılıqlı dəstəyə əsaslanır”.” Bizim münasibətlərimiz zamanın sınağından keçib. Biz layiqli müttəfiq, strateji tərəfdaşlarıq”,- deyə İ.Əliyev qeyd edib. Azərbaycanın dövlət başçısı ölkələr arası fəal siyasi dialoqun müntəzəmliyini, əvvəllər əldə edilmiş razılaşmaların səmərəliliyini yüksək qiymətləndirib.”Bu çox yaxşı perspektivləri görməyə imkan verir”,- deyə İ.Əliyev bildirib.
Azərbaycan Prezidenti bəyan edib ki, bu görüşdə tərəflər münasibətlərin yeni inkişaf yollarını, yeni təşəbbüs və layihələri müəyyənləşdirəcəklər.
İ.Əliyev A.Lukaşenkonu Belarus Prezidenti üçün istənilən uyğun vaxtda Azərbaycana rəsmi səfərə dəvət edib.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət