Sahibkarliğa Kömək Milli Fondu (SKMF)Azərbaycanda sahibkarlara müvəkkil kredit təşkilatları vasitəsi ilə 2012-ci ilin əvvəlindən ümumi məbləği 150 mln. manata bərabər olan güzəştli kreditlər verib.Bu barədə İqtisadi İnkişaf Nazirliyinin məlumatında bildirilir
ilin əvvəlindən fondun vəsaitləri hesabına 1 757 layihə investisiyalaşdırılıb.
“Bu layihələrin kreditləşdirilməsi 6,66 mindən çox yeni iş yeri yaratmağa imkan verəcək”.- deyə Məlumatda SKMF-nin icraçı direktoru Şirzad Abdullayevə istinadən qeyd olunur. Məlumatda qeyd olunur ki, cümə axşamı SKMF Bakının Qaradağ rayonunu sahil qəsəbəsində “Regionlarda sahibkarlığa dövlət dəstəyi proqramı” çərçivəsində tədbir keçirib. Tədbirdə bakı qəsəbələrində fəaliyyət göstərən 150-ə yaxın sahibkar iştirak edib.
Ş.Abdullayev tədbirdə qeyd edib ki, indiyə qədər Qradağ rayonunda SKMF-nin güzəştli kreditləri hesabına müxtəlif isteehsal, emal və infrastruktur müəssisələri yaradılıb.Xüsusilə Lökbatan qəsəbəsində mərmər zavodu,Səngəçalda qaz- beton bloklarının və əhəngdaşının istehsalı zavodu, Sahil qəsəbəsində metal konstruksiyalar istehsalı zavodu tikilib.Bu layihələrin gerçəkləşdirilməsinə SKMF 15,5 mln. manat həcmində güzəştli kreditlər ayırıb.
“ Cümə axşamı keçirilən tədbir çərçivəsində Bakı qəsəbələrində fəaliyyət göstərən 20 sahibkarlıq subyekti ümumi məbləği 6,4 mln. manat təşkil edən güzəştli kreditlər alıb. Bu layihələrin kreditləşdirilməsi təxminən 250 yeni iş yerinin yaradılmasına şərait yaradacaq”, - deyə məlumatda qeyd olunur.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 38 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2011-ci ildə fond 138 mln. manat güzəştli kredit verib. 2012-ci ildə fond sahibkarlara 200 mln. manat kredit verilməsini planlaşdırır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət