Ermənistan polis nümayəndə heyəti Bakıda MDB DİN başçıları Şurasının iclasında iştirak etməyəcək və onun Azərbaycanda keçirilməsinə qarşıdır. Bu barədə respublika polisindən “İnterfaks”a məlumat verilib.
İclasda iştirak etməməyi Azərbaycanlı zabit Ramil Səfərovun əfv edilməsi ilə əlaqələndirirlər.
“Ermənistanın polis rəisi Vladimir Qasparyan Bakıda keçiriləcək MDB DİN başçıları Şurasının sədri səlahiyyətlərini Rusiya Federasiyası daxili işlər nazirinə verib”, - deyə müraciətdə qeyd olunur.
Mətbuat xidmətindən həmçinin məlumat verilib ki, Ermənistan polisi Budapeştdə beynəlxalq hüquq-mühafizə orqanlarında təkmilləşdirilmə keçən on zabiti Macarıstandan geri çağırıb.
Xəbər verildiyi kimi, cümə günü Macarıstan tərəfi R.Səfərovu Bakıya ekstradisiya edib. Həmin gün Azərbaycan Prezidenti onun əfv olunması haqqında fərman imzalayıb. Baş leytenant Baş leytenant R.Səfərov 2004-cü ildə Macarıstanda NATO-nun hərbi təlimləri zamanı Azərbaycan bayrağını təhqir etmiş erməni zabiti Qurgen Markaryanı affekt vəziyyətində qətlə yetirib. Budapeşt məhkəməsi 2006-cı il aprelin 13-də R.Səfərovu ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edib.
Azərbaycanın müdafiə naziri Səfər Əbiyev şənbə günü R.Səfərovla görüş zamanı ona mayor rütbəsi, yeni mənzilin açarlarını və 8,5 il ərzindəki əmək haqqını təqdim edib.
Öncə, cümə günü İrəvan Budapeşt ilə diplomatik münasibətlərin dayandırılması haqıında bəyan edib. “Mən rəsmi olaraq bəyan edirəm ki, bu gündən etibarən Macarıstan ilə diplomatik münasibətləri və bütün rəsmi əlaqələri dayandırırıq”, - deyə Ermənistan prezidenti Serj Sarqsyan avqustun 31-də respublikada akreditə olunan BMT üzv-ölkələrin səfirləri ilə görüşdə bildirib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət