Azərbaycan Ümumdünya İqtisadi Forumu (World Economic Forum, WEF) tərərindən hər il tərtib olunan rəqabətlilik reytinqində öz mövqeyini yaxşılaşdırıb.
“Global Competitiveness Report- 2012-2013” adlı hesabata əsasən, Azərbaycan 144 ölkənin reytinq cədvəlində 46-cı yeri tutub. Bundan əvvəlki reytinqdə respublika 142 ölkə arasında 55-ci yeri tutmuşdu.
Hesabata əsasən, Azərbaycan institutların inkişaf səviyyəsi üzrə 63-cü , infrastrikturun inkişaf səviyyəsi üzrə 71-ci, makroiqtisadi sabitlik üzrə 18-ci, səhiyyə və ibtidai təhsil üzrə 107-ci, ali təhsi üzrə 89-cu, maliyyə bazarlarının inkişafı üzrə 98-ci, innovasiyalar üzrə 46-cı, biznesə kömək üzrə 69-cu yeri tutub.
Hesabatda qeyd olunur ki, Azərbaycan əhali arasında adambaşına düşən ÜDM –nin həcmi üzrə 73-cü yerdə dayanır. Audit standartlarına uyğunluq reytinqində 111-ci, minoritar səhmdarların müdafiəsi üzrə 83-cü, investorların müdafiəsi üzrə 24-cü yerdə qərarlaşıb.
Bundan başqa, infrastrikturun keyfiyyəti üzrə respublika 59-cu, avtomobil yollarının keyfiyyəti üzrə 67-ci, dəmir yollarının infrastruktur keyfiyyəti üzrə 35-ci, hava nəqliyyatının keyfiyyəti üzrə 53-cü, əhalinin mobil telefonlarla təmin səviyyəsi üzrə 64-cü pillədədir.
Hesabatın göstəricilərinə əsasən, Azərbaycan vergiqoymanın effektivliyi reytinqində 49-cu, antiinhisar qanunvericiliyinin səmərəliliyi üzrə 114-cü, biznesin qeydiyyatı üçün prosedurların sayı üzrə 47-ci, biznesin qeydiyyata alınma vaxtı üzrə 34-cü yeri tutur.
İsveçrə ölkələrin rəqabətlilik üzrə yekun reytinqində dördüncü ildir ki, birinci yerdə dayanır. Sinqapur ikinci, Finlandiya üçüncü, İsveç dördüncü pillədə qərarlaşıb. Şimali və Qərbi Avropanın bu ölkələri ilk onluqda üstünlük edirlər.Niderland (5-ci yer), Almaniya (6-cı yer), Böyük Britaniya (8-ci yer). ABŞ (7-ci yer), Honkonq (9-cu yer) və Yaponiya(10-cu yer) rəqabətlilik reytinqində ilk onluğu tamamlayan ölkələrdir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət