Azərbaycan Beynəlxalq Bankı (ABB) respublikada İslam bankinqinin tətbiq edilməsi layihəsi çərçivəsində “İslam Pəncərəsi”nin tətbiqini élan edib. Bu barədə bankın mətbuat xidmətinin məlumatında qeyd olunur.
ABB İdarə Heyətinin qərarı ilə bankda İslam bankinqi Departamenti yaradılıb. Daha öncə ABB-də İslam bankinqinin tətbiq edilməsi üzrə işçi qrupun rəhbəri və Strateji inkişaf və marketinq departamentinin direktor müavini vəzifəsini tutmuş Bəhnam Qurbanzadə Departamentin direktoru təyin edilib.
ABB-də İslam bankinqinin tətbiqi mərhələli şəkildə həyata keçiriləcək.
2012-ci ilin sonuna qədər Department tamamilə formalaşdırılacaq və yeni ofisə yerləşdiriləcək.Həmçinin, növbəti üç ay ərzində departamentin investisiya portfelinin formalaşdırılması, eləcə də maliyyələşdirmə xətlərinin və cari layihələrin departamentin idarəçiliyinə verilməsi başa çatdırılacaq.
Yeni qurum 2013-cü ilin yanvar ayından korporativ və fərdi müştəriləri maliyyələşdirməyi planlaşdırır.
Xəbər verildiyi kimi, ABB-nin İslam bankinqinin tətbiqi üzrə məsləhətçisi Salans/KPMG/Pinsent Masons/Dar al Shariah konsorsiumudur.
Azərbaycan Beynəlxalq Bankı 1992-ci ildə təsis edilib və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i özəl səhmdarlara məxsusdur. AMB-nin səhmdarları 14 hüquqi və 1,556 min fiziki şəxsdir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət