Xarici şirkətlərlə PSA tipli müqavilələr çərçivəsində Azərbaycanın neft-qaz sektoruna ümumi investisiya qoyuluşları $50 mlrd. təşkil edib. Bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev cümə axşamı "Neft-qaz hasilatında yeni texnologiyalar" mövzusunda II beynəlxalq elmi-praktik konfransda bildirib.
"2011-ci ildə Azərbaycanda qaz hasilatı 26 mlrd. kubmetr təşkil edib. 2015-ci ildə qaz hasilatı laylara vurulan qaz nəzərə alınmadan 20 mlrd. kubmetr, 2025-ci ildə 40 mlrd. kubmetr həcmində proqnozlaşdırılır", - deyə R.Abdullayev qeyd edib.
O həmçinin xatırladıb ki, hazırda "Şahdəniz" layihəsinin səhmdarları Azərbaycan qazının Avropaya ixracı üzrə iki boru kəməri layihəsini (TAP (Trans Adriatic Pipeline) və Nabucco West) öyrənirlər.
Bundan başqa, ötürmə qabiliyyəti ildə 16 mlrd. kubmetr qaz olan və “Şahdəniz” yatağından hasil olunan Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulmuş Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisi layihəsi üzrə işlərə başlanılıb.
"Ukraynanın da qoşulmağı qərara aldığı AGRI layihəsi də son zamanlar böyük maraq doğurur", - deyə SOCAR prezidenti söyləyib.
Onun sözlərinə görə, SOCAR şirkəti Türkiyədə, eləcə də Gürcüstanda (ölkənin enerji bazarının 60%-nə nəzarət edir və 100-dən çox yanacaqdoldurma kompleksi açıb) uğurla fəaliyyət göstərir. Bundan başqa, Ukrayna, Rumıniya və İsveçrədə "SOCAR" brendli yanacaqdoldurma kompleksləri fəaliyyət göstərir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət