Ötən həftə əzrində Azərbaycanın yollarında 48 yol qəzası baş verib. Nəticədə 27 nəfər həlak olub, daha 75 nəfər xəsarət alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DİN-dən məlumat verilib.
Ən iri yol qəzalarından biri Bakının Qaradağ rayonunda baş verib. Burada “Daewoo” markalı avtobusun “Hyundai” markalı avtomobil ilə toqquşması nəticəsində iki nəfər həlak olub, bir nəfər xəsarət alıb.
Bakının Nizami rayonunda “Mersedes” markalı avtomobil çevrilib – iki nəfər həlak olub, bit nəfər xəsarət alıb. Bundan başqa, Sabunçu rayonunda “QAZ-31” markalı avtomobil paytaxtın iki sakinini vurub, nəticədə biri həlak olub, digəri xəstəxanaya çatdırılıb.
Azərbaycanın İmişli rayonunda “VAZ 21150” markalı avtomobil çevrilib – bir nəfər həlak olub, dörd nəfər xəsarət alıb. Həmin rayonda “Mersedes” markalı avtomobil “KAMAZ” və “Tatra” yük avtomobilləri ilə toqquşub. Nəticədə iki nəfər həlak olub.
Bundan başqa, respublikanın Tərtər rayonunda “VAZ 2106” və “Oka” avtomobillərinin toqquşması nəticəsində bir nəfər həlak olub, üç nəfər xəsarət alıb.
Həmçinin Azərbaycanın Şəmkir rayonunda “Ford Tranzit” avtomobili Tovuz rayon sakini və oğlunu vurub, nəticədə qadın hadisə yerində həlak olub, oğlu xəstəxanaya çatdırılıb. O cümlədən Şəmkir rayonunda “Mersedes” markalı avtomobil ağaca çırpılıb – bir nəfər həlak olub.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət