Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yenidən pambıq lifinin və pambıq parçaların istehsalı ilə məşğul olan “Mingəçevir-toxucu” SC-nin 99,31% səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə komitədən məlumat verilib.
SC-nin 683,01 min səhminin satışı üzrə müsabiqədə həm yerli, həm də xarici sərmayədarlar iştirak edə bilərlər.
Müsabiqə iştirakçılarının hazırladıqları investisiya proqramı yüksək keyfiyyətli iplik sap və pambıq parça istehsalını nəzərdə tutmalıdır. Ona müasir tələblərə cavab verən texnologiyaların tətbiqinə, yeni iş yerlərinin açılması və işçilərin sosial vəziyyətinin yaxşılaşdırılmasına dair təkliflər daxil edilməlidir. Həmçinin proqrama bu məqsədlər üçün nəzərdə tutulan investisiyaların həcmi və müddəti də daxil edilməlidir.
Qalib səhmlərə görə dövlət büdcəsinə ən azı 700 min manat köşürməlidir.
Qaliblər səhmlərin alqı-satqı müqaviləsi müsabiqənin nəticələri təsdiqlənəndən sonra 30 gün müddətində imzalanmalıdır. Saziş imzalandıqdan sonra qalib 60 gün ərzində müsabiqə təklifində nəzərdə tutulan vəsaiti dövlət büdcəsinə köçürməli, səhmlərə görə bəyan etdiyi investisiyaların ümumi həcminin 5%-ni SC-nin hesabına köçürməlidir, 90 gün ərzində işçilərin əmək haqqı üzrə borcları ödəməlidir.
Müsabiqə üzrə təkliflər 2012-ci ilin oktyabrın 5-dək qəbul olunur. Təkliflər oktyabrın 8-da qiymətləndiriləcək.
Xəbər verildiyi kimi ƏMDK bu müəssisənin səhmlərinin 99,31%-ni üç dəfə investisiya müsabiqəsinə çıxarıb: 2007-ci ilin iyununda, 2009-cu ilin fevralında və və 2010-cu ilin avqustunda. Lakin müəssisənin səhmləri satılmayıb.
“Mingəçevir-toxucu” SC Mingəçevir şəhərində yerləşir. Müəssisə 1960-cı ildə istismara verilib. SC-də 630 nəfər çalışır.
2012-ci ilin avqustun 1-nə olan məlumata görə, SC-nin nizamnamə kapitalı 1 mln. 375,568 min manata bərabərdir. O, nominal dəyəri 2 manat olan adi səhmlərə bölünüb.
2011-ci ilin avqustun 1-nə olan məlumata görə, SC-nin öhdəlikləri 994,778 min manat, müəssisənin debitor borcları 2 mln. 956,438 min manat təşkil edir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət