2012-ci ilin avqust ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri iyul ayına nisbətən 8,7% bahalaşıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Avqust ayında mədənçıxarma sənayesində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 10,5% bahalaşıb, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə 0,6% ucuzlaşıb.
Avqust ayında emal sənayesi üzrə istehsalçı qiymətləri 0,5% ucuzlaşıb.
Bu bölmədə istehsalçı qiymətləri mebel istehsalı üzrə 4,6%, tütün məmulatlarının istehsalı üzrə 4,1%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 3,5%, elektrik avadanlıqlarının istehsalı üzrə 2,4%, neft məhsullarının istehsalı və kompüter və digər elektron avadanlıqların istehsalı üzrə 0,7%, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 0,5%, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 0,3%, içki istehsalı üzrə 0,2%, kağız və karton istehsalı və tikinti məmulatlarının istehsalı üzrə 0,1% ucuzlaşıb, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 2,4%, əczaçılıq məhsullarının istehsalı üzrə 1,9%, qida məhsullarının istehsalı və toxuculuq sənayesi üzrə 0,3%, geyim istehsalı, kimya və metallurgiya sənayesi üzrə 0,2%, zərgərlik, musiqi, idman və tibb avadanlıqlarının istehsalı üzrə 0,1% bahalaşıb.
Avqust ayı ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsi üzrə istehsalçı qiymətlərində 0,3% bahalaşma müşahidə olunub.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət