Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) "Azərdad" MMC-yə kolbasa və sosiska məmulatlarının istehsalını qadağan edib. Bu barədə SMPDK-nın məlumatında deyilir.
Bu qərar Bakı şəhəri, Binəqədi rayonunda fəaliyyət göstərən "Azərdad" MMC-də "Dadlı" nişanlı kolbasa və sosiska məmulatlarının istehsalına dövlət nəzarətinin nəticələri əsasında qəbul edilib.
Araşdırma zamanı müəyyən olunub ki, müəssisənin sanitar vəziyyəti qeyri-qənaətbəxşdir. Belə ki, xammalların saxlanma anbarı, istehsal sahəsi, hazır məhsulların saxlanma soyuducusu, müxtəlif ədviyyatların saxlandığı anbar sanitariya normalarına cavab vermir.
Bundan başqa, müəssisə AZS 088-2003, AZS 100-2003, AZS 104-2003 və AZS 117-2004 standartlarının tələblərinə zidd olaraq müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji təlimat olmadan fəaliyyət göstərir.
Həmçinin istehsal olunan məhsulların mövcud resepturaya əməl olunmadan hazırlandığı müəyyən olunub. Belə ki, kolbasa və sosiska istehsalında resepturada göstərilməyən müxtəlif konservantlardan, Çin istehsalı olan sodium benzonatdan, boyaq maddələrindən, stablizatorlardan, kraxmaldan, ət kütləsini artıqmaq məqsədilə soyadan, toyuq dərisindən və s. istifadə olunur.
Məhsulların markalanması normativ sənədlərin tələbinə cavab vermir. Belə ki, etiketlərdə məhsul istehsalında kərə yağından istifadə olunduğu qeyd olunsa da, faktiki kərə yağında istifadə olunmur.
Araşdırma zamanı müəssisənin anbarında yararlılıq müddəti bitmiş 1/1000 qr olan 110 ədəd duz və 1/25 kq olan Çin istehsalı olan sodium benzonat aşkar edilib.
Bununla yanaşı, yarım hisə verilmiş "Poltovskaya" və bişmiş hisə verilmiş "Servelat Halal" kolbasalarının gigiyenik və AZS Milli sertifikatlaşdırma sisteminin qaydalarına əsasən verilən uyğunluq sertifikatları olmadan istehsal olunduğu müəyyən olunub. Müəssisədə mövcud normativ sənəd AZS 372-2012 "Halal" ət məhsulları. İstehsalı, daşınması, saxlanması və satışı üzrə ümumi tələblər" standartının tələbinə uyğun olaraq "Halal" kolbasa məmulatlarının istehsalı üçün lazımi şərait yoxdur. Belə ki, müəssisənin istehsal etdiyi "Halal" kolbasası digər məhsullarla eyni sexdə istehsal edilir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət