Yeni dərs ili ərəfəsində Naxçıvan Muxtar Respublikasında təhsil işçilərinin konfransı keçirilib.Bu barədə”İnterfaks -Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
“ Bu il respublikanın 3 orta məktəbi “ Ən yaxçı təhsil müəssisəsi”müsabiqəsinin qalibi olub.Beləliklə, MR-də belə ada layiq görülmüş məktəblərin sayı 15-ə çatıb”,- deyə Naxçıvan MR-nın təhsil naziri Piri Nağıyev konfransda çıxışında bildirib
Onun sözlərinə görə, ölkə prezidentinin sərəncamı ilə həmçinin işində fərqlənən müəllimlərin əməyi yüksək qiymətləndirilib və cari ildə muxtar respublikanın 5 müəllimi “Ən yaxşı müəllim” adına layiq görülüb.
Nazir qeryd edib ki, son 16 ildə MR-da 180-dən çox təhsil müəssisəsi tikilib və ya əsaslı təmir olunub.O əlavə edib ki, təhsilə göstərilən yüksək diqqət və qayğı təhsilin keyfiyyətinə təsir göstərib.P.Nağıyev deyib ki, bu il ali məktəblərə sənəd vermiş 5 543 abituriyentdən 1 632-si tələbə adı qazanıb, onlardan 267 nəfər 500-dən yuxarıl bal toplayıb.
Nazirin sözlərinə görə, əldə edilmiş uğurlarla yanaşı, işdə çatışmazlıqlar da var. O qeyd edib ki, bir sıra məktəblərdə ali məktəblərə qəbulun nənicələri qənaətbəxş sayıla bilməz.Nazir vurğulayib ki, təhsil ilində aparılan reydlər zamanı bir sıra məktəblərdə şagirdlərin davamiyyətində, dərsdən sonrakı asudə vaxtının təşkilində çatışmazlıqlar aşkarlanıb.Onun bildirdiyi kimi, keçən dərs ilində işdə yol verdikləri ciddi çatışmazlıqlara görə, bir neçə məktəbin direktoru tutduğu vəzifədən azad edilib, bir neçəsinə şiddətli töhmət verilib.
P.Nağıyev qeyd edib ki, məktəblərin pedoqoji kollektivləri yeni dərs ilində göstərilən çatışmazlıqları aradan qaldırmalı, qarşılarına qoyulmuş vəzifənin yerinə yetirmək üçün məsuliyyəti artırmalı və tədrisin keyfiyyətini yüksəltməlidirlər.
İclasda həmçinin, rayon təhsil şöbələrinin rəhbərlərinin çıxışları dinlənilib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət