Azərbaycan İstilik Elektrik Stansiyası MMC-nin aktivləri 2011-ci ildə 11,3% - 664,09 mln. manatadək artıb.
Bu məlumatlar çərşənbə axşamı dərc olunan MMC-nin 2011-ci ildə maliyyə vəziyyətinə dair birləşdirilmiş hesabatında verilib.
2011-ci il ərzində Azərbaycan İES-in Beynəlxalq Maliyyə Hesabatı Standartları üzrə maliyyə fəaliyyətinin auditini “Deloitte&Touche” şirkəti keçirib.
Bununla yanaşı, 2011-ci ildə MMC-nin uzunmüddətli aktivləri 7,7% - 543,865 mln. manatadək, qısamüddətli aktivləri - 2,8% - 120,225 mln. manatadək artıb.
2011-ci ildə MMC-nin məcmu kapitalı 18,5% artıb və 334,411 mln. manat təşkil edib. Bununla yanaşı, 2012-ci ilin əvvəlinə ümumi bölüşdürülməyən gəlir 284,303 mln. manata bərabərdir (artım 2,6%).
2011-ci ildə MMC-nin öhdəlikləri 4,8% - 329,679 mln. manatadək artıb.
Həmin il Azərbaycan İES MMC-nin elektrik enerjisi satışının həcmi 122,49 mln. manat təşkil edib, bu isə 2010-cu ilin göstəricisindən 31,3% çoxdur.
Azərbaycan İES-də hər birinin gücü 300 MVt olan 8 blok var.
Azərbaycanda istehsal edilən bütün elektrik enerjisinin təxminən 45%-i stansiyanın payına düşür. Burada yanacaq kimi təbii qaz və mazutdan istifadə olunur.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət