Moldova Milli Sosial Sığorta Kassasının nümayəndə heyəti çərşənbə axşamı Bakıya işgüzar səfərə gəlib.Bu barədə Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun( DSMF) məlumatında bildirilir.
DSMF sədri Səlim Müslümovla görüş zamanı hər iki ölkədə aparılan pensiya islahatları haqqında , tərəflərin səlahiyyətlərinə aid olan məsələlər üzrə təcrübə mübadiləsinə şərait yaradacaq birgə tədbirlərin keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Həmçinin, məcburi dövlət sosial sığorta məsələləri üzrə nümayəndə heyətləri, mütəxəssislərin mübadiləsi və digər bu kimi sahələrdə yaxından əməkdaşlığın davam etdirilməsi üçün gələcək fəaliyyət planı nəzərdən keçirilib.
Moldova Respublikasının Sosial Sığorta Milli Kassasının nümayəndə heyətinin Azərbaycana sentyabrın 22-nə kimi davam edəcək səfəri zamanı “Dövlət Sosial Müdafiə Fondunun təşkilati strukturu və əsasnaməsi. Administrativ xərclər”, “Dövlət sosial sığorta ödəmələrinin fərdi uçotu” - “Pensiya işlərinin elektron uçotu və monitorinq” mövzularında təqdimatlar keçiriləcək.
Moldova nümayəndə heyəti DSMF-nin bir sıra yerli şöbələrində yaradılan avtomatlaşdırılmış idarəetmə sistemləri ilə yaxından tanış olacaqlar.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət