2012-ci ilin yanvar-avqust aylarında Azərbaycanda yük daşımalarının həcmi 140,8 mln. ton təşkil edib ki, bu da 2011-ci ilin analoji dövrünün göstəricisindən 3,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yük daşımalarının ümumi həcminin strukturunda 74,1% qeyri-dövlət nəqliyyat müəssisələrinin, 25,9% dövlət sektorunun payına düşüb.
Hesabat dövründə dəmir yolu ilə 15,2 mln. ton yük (tranzit yüklər daxil olmaqla) daşınıb ki, bu da 2011-cu ilin yanvar-avqust aylarının göstəricisindən 7,5% çoxdur.
Cari ilin yanvar- avqust aylarında respublikanın dəniz nəqliyyatı ilə 8,5 mln. ton müxtəlif yük (artım 3,9 %) daşınıb.Bununla yanaşı,daşınan bütün yüklərin 60,9%-i neft və neft məhsullarının, 39,1%-i quru yüklərin payına düşüb.
Yanvar-avqust aylarında avtomobil nəqliyyatı ilə yük daşımalarının həcmi 78,2 mln. ton (artım 7,7%) təşkil edib.
Həmin dövrdə daxili neft kəmərləri vasitəsilə 29,8 mln. ton neft (azalma 6,3%) nəql olunub. Bununla yanaşı, neft nəqlinin bütün həcminin 76,4%-i və ya 22,7 mln. ton neft Bakı-Tiflis-Ceyhan kəmərinin payına düşüb. DSK-nın məlumatına görə, yanvar-avqust aylarında BTC neft kəməri ilə2,1 mln. ton Türkmənistan nefti nəql olunub.
Nəqlin qalan həcmi magistral qaz kəmərlərinin payına düşüb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət