Naxçıvan Muxtar Respublikasında (MR) fəaliyyətdə olan müəssisələr sırasına “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının nəzdində yaradılmış yeni soyuducu anbar kompleksi, qənd istehsalı və şəkər tozunun qablaşdırılması üzrə müəssisələr də daxil olub. Yeni müəssisələrin açılış mərasimində MR-in Ali Məclisinin sədri Vasif Talıbov iştirak edib.
“Özəl sektorun inkişafına dövlət dəstəyi, kənd təsərrüfatının sürətlənmiş inkişafı , yeni istehsal sahələrinin işə salınması ölkəmizdə ərzaq təhlükəsizliyinin təmini üçün əlverişli şərait yaradıb”,- deyə o soyuducu anbar kompleksinin açılş mərasimində çıxışında bildirib.
“Muxtar Respublikada yerli xammalla işləyən yeni istehsal sahələrinin yaradılmasına xüsusi diqqət ayrılır”,- deyə V.Talıbov bildirib.Onun sözlərinə görə, MR – də sahibkarlara müəssisələrin sahibkarlıq fəaliyyətinə qeydə alınmasında hərtərəfli dövlət dəstəyi göstərilir, “bir pəncərə” prinsipi tətbiq edilir, dövlət tərəfindən yeni müəssisələrin yaradılması üçün güzəştli kreditlər ayrılır.
O əlavə edib ki, sahibkarlığın inkişafı, yeni müəssisələrin açılması əhalinin məşğulluğunun təmin olunmasına şərait yardıb, işsizlik problemi aradan qaldırılıb. Ölkə əhalisinin 95%-dən çoxu işlə təmin olunub.
2 min ton tutumu olan və 2850 kv. metr ərazisini əhatə edən anbar kompleksinin yaradılmasına 1 mln. manatdan çox vəsait sərf edilib.Anbar yeni avadanlıqla təmin edilib.
Qənd istehsalı müəssisəsinin istehsal gücü ayda 280 ton, şəkər tozu istehsal edən müəssisənin gücü ayda 180 ton məhsul istehsal etməyə imkan verir. Onların yaradılmasına 430 min manat vəsait ayrılıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət