Naxçıvan Muxtar Respublikasında (MR) penoplast və zərbəyədavamlı şüşədən məmulatlar istehsal edən müəssisələr işə salınıb. Açılış mərasimində Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov iştirak edib.
“Bu gün ölkəmizdə həyata keçirilən uğurlu sosial iqtisadi islahatlar , yaradılmış əlverişli biznes və investisiya mühiti sahibkarlığın inkişafını sürətləndirib, yeni istehsal sahələrinin fəaliyyətinə stimul verib”,- deyə V.Talıbov açılış mərasimində çıxışı zamanı bildirib.
“Hazırda istivadəyə verilən istehsal sahələri Muxtar Respublikda sahibkarlığa dövlət qayğısının təzahürüdür. Bu müəssisələrin yaradılmasına 3 mln. manatdan çox kredit ayrılıb”.- deyə Ali Məclisin sədri bildirib.
Onun fikrincə, işə salınan hər bir istehsal sahəsi idxaldan asılılığın aradan qaldırılmasılnda mühüm rol oynayır.
Penoplast müəssisəsinin istehsal gücü 8 saatda 300 kub metr məhsul istehsal etməyə imkan verir. Burada izolə edici məhsul, dekorativ üzlük, dekorativ sütunlar və tikinti sənayesində istifadə edilən digər məhsullar hazırlanacaq.
Zərbəyədavamlı və dekorativ şüşə istehsalı üzrə müəssisənin yaradılmasına 2 mln. manat sərf edilib. İstehsal sahəsi 1400 kv. metr ərazini əhatə edir.Burada Türkiyə istehsalı olan texniki avadanlıqlar quraşdırılıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət