Azərbaycan Hesablama Palatası 2012-2014-cü illər üçün palatanın Strateji İnkişaf Planının reallaşması üçün məsləhətçi seçir.
Məsləhətçi seçimi “Korporativ və Dövlət Sektorunda Hesabatlılıq” layihəsi (CAPSAP) çərçivəsində həyata keçirilir. Məsləhətçinin xidmətləri İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) ayıracağı qrant hesabına həyata keçiriləcək.
Hesablama Palatasının tender elanına əsasən, məsləhətçi 18 ay ərzində 4 istiqamət üzrə xidmət göstərəcək.
Birinci istiqamət - səmərəlilik auditi üzrə potensialın artırılmasında palataya yardım edilməsi.
İkinci istiqamət - risk-əsaslı maliyyə auditlərinin aparılmasında potensialın artırılması üçün palataya yardım edilməsi.
Üçüncü istiqamət – auditin standartlarının və qanun və hüquqi bazasının təkmilləşdirilməsinə yardım edilməsi.
Dördüncü istiqamət – Daxili İnsan Resursları siyasəti və prosedurlarının tərtib edilməsi, həmin siyasət və prosedurların praktikada tətbiq olunmasında Palataya yardım göstərilməsi.
Tenderdə iştirak etmək üçün məsləhətçi şirkətlər aşağıdakı meyarlara cavab verməlidirlər: son 8 il ərzində ən azı 2 analoji layihə reallaşdırmalıdır; son 5 il ərzində regional fəaliyyət təcrübəsinə malik olmalıdır; maliyyə və səmərəlilik auditinibn keçirilməsində böyük təcrübəyə malik olmalıdır.
Şirkətlərdən təkliflərin qəbulu 5 noyabr tarixinədək qəbul ediləcək.
Xəbər verildiyi kimi, DB Direktorlar Şurası 2008-ci ilin martında Azərbaycana “Korporativ və Dövlət Sektorunda Hesabatlılıq” layihəsi (CAPSAP) üzrə $11 mln. məbləğində kreditin verilməsini təsdiqləyib.
Layihəsinin ümumi dəyəri $24 mln. təşkil edir. Dünya Bankının kredit vəsaitlərindən başqa, daha $8 mln. Azərbaycan hökuməti ayıracaq, $3 mln. - Yaponiya hökumətinin, $2 - İsveçrənin İqtisadi Əlaqələr üzrə Dövlət Katibliyinin (SECO) qrantı təşkil edir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət