Azərbaycanda İcbari Sığorta Bürosuna üzv olan sığorta şirkətləri 2012-ci ilin yanvar- avqust aylarında icbari sığorta növləri üzrə 163 mln. 785 min 379,2 manat məbləğində sığorta haqqı toplayıblar.
Maliyyə Nazirliyin Dövlət Sığorta Nəzarəti Xidmətinin məlumatına əsasən, Büroya üzv olan 12 sığorta şirkətinin payına hesabat dövründə əldə edilmiş sığorta haqlarının 71,56%-i düşür.
Yanvar-avqust aylarında 12 sığorta şirkəti tərəfindən həyata keçirilən ödənişlər 42 mln. 593 min 558,7 manat və ya hesabat dövründə sığortaçılar tərəfindən həyata keçirilən bütün ödənişlərin72,35% -ni təşkil edir.
Sığorta şirkətləri | Sığorta haqları | Ödənişlər |
"Paşa Sığorta" | 30 mln. 440 min 954,94 | 14 mln. 189 min 667,78 |
AzSığorta | 25 mln. 744 min 897,24 | 1 mln. 825 min 228,99 |
"Atəşhgah" | 23 mln. 840 min 258,05 | 3 mln. 436 min 522,51 |
"Azərsığorta" | 21 mln. 776 min 843 | 7 mln. 704 min 432 |
"Standard Insurance" | 14 mln. 631 min 136,35 | 2 mln. 764 min 317,37 |
"AXA Mbask" | 12 mln. 344 min 249,32 | 3 mln. 684 min 571,28 |
"Xalq Sığorta" | 8 mln. 732 min 488,98 | 1 mln. 487 min 53,48 |
"İpək Yolu Sığorta" | 7 mln. 364 min 494,24 | 1 mln. 762 min 298,19 |
AtaSığorta | 7 mln. 910 min 947,3 | 1 mln. 723 min 0 82,8 |
Alfa Sığorta | 3 mln. 819 min 202,75 | 792 min 883,98 |
"Meqa Sığorta" | 2 mln. 905 min 750,5 | 211 min 043,02 |
"Azərbaycan Sənaye Sığorta" | 4 mln. 274 min 156,53 | 901 min 881,9 |
İcbari Sığorta Bürosu “İcbari sığorta növləri haqqında” qanun çərçivəsində yaradılıb. “İcbari sığorta növləri haqqında” qanun ümumilikdə, sığortanın 4 növünə şamil edilir: avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, sərnişinlərin icbari sığortası.
Hazırda 12 sığorta şirkəti Büronun üzvüdür.
Büronun əsas məqsədi kompensasiya ödənişlərinin həyata keçirilməsi, bu kompensasiya ödənişlərinin həyata keçiriləcəyi müəyyən maliyyə fondunun idarə olunmasından ibarətdir. Kompensasiya ödənişləri icbari sığorta növləri üzrə xidmət göstərən sığorta şirkətləri iflasa uğradıqda həyata keçiriləcək.
Büronun maliyyə resursları bir neçə mənbədən formalaşacaq. Birincisi, bu büronun işə başlaması üçün sığortaçıların ödəyəcəkləri daxil olma haqqıdır. İkincisi, sığortaçılar sığorta şirkətinin məşğul olmaq istədiyi icbari sığortanın hər bir növü üzrə təminat depoziti hazırlamalıdırlar. Üçüncüsü, sığorta şirkətləri hər ay icbari növlər üzrə ümumi tədiyə məbləğinin 5%-ni büronun hesabına köçürəcəklər.
Büronun təsisçisi və ya üzv olmaq istəyən sığorta şirkətləri üçün üzvlük haqqı 200 min manat təşkil edir.
Əgər sığorta şirkəti icbari sığortanın bir neçə növü üzrə xidmət göstərməkdə maraqlıdırsa, hər növ üzrə ayrıca depozit ödəməlidir.
Büro üzvlərinin daşınmaz əmlakın icbari sığortası üzrə birdəfəlik depozitinin məbləği 100 min manat; daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə - 100 min manat; avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə - 200 min manat; sərnişinlərin icbari sığortası üzrə - 200 min manat təşkil edir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət