Aİ-nin digər münaqişələrə dair möpvqeyi bəlli olduğu halda Qarabağ münaqişəsi barəsində mövqeyini bildirməməsi Bakının Brüssel ilə əməkdaşlığına əngəl törədən əsas maneələrdən biridir. Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bəyan edib.
“Biz otuz maddəyə dair razılığa gəldik (assosiativ saziş – İF-Az), lakin Dağlıq Qarabağ münaqişəsinə dair xüsusi maddə var. Biz öz mövqeyimizi təqdim etmişik, lakin, əfsuslar olsun ki, Aİ indiyədək susur. Ümumilikdə, Aİ-nin Dağlıq Qarabağ münaqişəsinə dair aydın mövqeyini görməmişik”, - deyə nazir müavini cümə axçamı Bakıda keçirilən “Körpülərin salınması” beynəlxalq konfransında bildirib.
Onun sözlərinə görə, Aİ digər oxşar münaqişələr barəsində özgə ərazilərin işğal faktını pisləyərək ölklərin ərazi bütövlüyünü tanıyır. “Azərbaycana gələndə deyirlər ki, bu məsələdə ATƏT-in Minsk Qrupunun mövqeyini dəstəkləyirik, onların hər hansı qərarını verməsini gözləyirik. Biz bu mövqe ilə razı deyilik. Hesab edirəm ki, bu kifayət deyil”, - deyə o bildirib.
M.Məmmədquliyev qeyd edib ki, erməni tərəfi danışıqlar prosesini uzadır, lakin Brüssel buna lazımi qiymət vermir. “Bu cür münasibət Aİ-nin Azərbaycanla daha fəal əməkdaşlığına əsas maneədir”, - deyə diplomat vurğulayıb.
Nazir müavini viza rejiminin sadələşdirilməsi və readmissiya məsələləri, modernləşmə naminə və gündəliyin digər maddələri daxil olmaqla Azərbaycanın Aİ ilə danışıqların hazırki gündəliyi barədə məlumat verib. O həmçinin qeyd edib ki, assosiativ üzvlük çərçivəsində Azərbaycan inkişaf edən ölkə statusu almaq istəyir, lakin Avropa bu məsələni də ləngidir.
M.Məmmədquliyev o cümlədən qeyd edib ki, nəqliyyat infrastrukturuna külli miqdarda investisiya qoyur, yeni beynəlxalq liman, gəmiqayırma zavodu, Bakı-Tiflis-Qars dəmir yolu inşa edir. Buna baxmayaraq həmin layihələrə Aİ tərəfindən lazımi diqqət yetirilmir.
Onun sözlərinə görə, Azərbaycan həmçinin Cənubi-Qafqaz enerji dəhlizi layihəsini dəstəkləyir və burada həm tədarükçü, həm də tranzit ölkə qismində işıtirak etməyə hazırdır.
Nazir müavini bəyan edib ki, Azərbaycan Aİ ilə əməkdaşlığın möhkəmlənməsində maraqlıdır. “Azərbaycan hazırda məqsədi Avropa İttifaqına üzv olmaq deyil. Biz ən qabaqcıl və ali Avropa təcrübəsini Azərbaycanda idarəçilik və digər sahələrə transformasiya etmək istəyirik”, - deyə o əlavə edib ki, Azərbaycan rəhbərliyi bunu məqsədəuyğun hesab etsə gələcəkdə üzvlük haqqında məsələ gündəmə gələcək.
Bakı və İrəvan arasında münaqişə 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycana ərazi iddialarından başlayıb. 1994-cü ilin mayına qədər davam edən müharibə nəticəsində Ermənistan təkcə Dağlıq Qarabağı deyil, onun ətrafında olan Azərbaycanın 7 rayonunu da işğal edib.
Bu hadisələr nəticəsində 1 mln.-a yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Qarabağda və ətraf rayonlarda hərbi əməliyyatlar dövründə BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal altında olan torpaqlarının qeyd-şərtsiz azad edilməsi haqqında dörd qətnamə qə bul edib. Hazırda tərəflər arasında ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparılır. ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransadır.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət