Belarusda qanunun aliliyi və korrupsiya ilə mübarizə bir çox Avropa ölkələrinə nümunə ola bilər. Milli Məclisin deputatı, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “İnterfaks -Azərbaycan” agentliyinə müsahibəsində belə söyləyib.
“Bəzi Qərb nümayəndələrindən, eləcə də beynəlxalq təşkilatlardan fərqli olaraq biz əmin olduq ki, Belarus Respublikası tamamilə sivilBelarus Respublikası tamamilə sivil ölkədir, burda qanunun aliliyi və korrupsiya ilə mübarizə bir çox Avropa ölkələrinə nümunə ola bilər”,- deyə Belarusda parlament seçkilərində müşahidəçi qismində iştirak etmiş deputat bildirib.
“Bundan əlavə, mənim şəxsi fikrimcə Belarus demokratiya və hüquq dövlətçiliyi meyarları ilə öz yaxın qonşularını qabaqlayır. Ölüm hökmünün ən ağır cəza kim tətbiq edilməsini bu öllkədə ən vacib problem hesab edirəm.Lakin, mən əminəm ki, Belarus ictimaiyyəti humanist qərar qəbul edəcək”,- deyə o bildirib
Ə.Hüseynli qeyd edib ki, Qərbin Belarusdakı siyasi vəziyyətlə bağlı bəyanatları obyektiv gerçəkliyi iki səbəbdən əks etdirməyib.”Birincisi, obyektiv reallıqları bilməmək və qiymətləndirə bilməmək səbəbi ilə, ikincisi obyektiv reallığı görmək istəməmək səbəbi ilə.Yeri gəlmişkən, ATƏT və Qərb Belarusun parlament seşkilərini yuxarıda qeyd etdiyim ikinci səbəbə müvafiq qiymətləndirib”,- deyə o əlavə edib.
O deyib ki, Belarusun Seçki Məcəlləsi bir mənalı olaraq seçki qanunvericiliyi sahəsində beynəlxalaq standartlara müvafiqdir.Ə.Hüseynli vaxtından əvvəl səsvermə institutunun mövcudluğunu müsbət hal hesab edir, belə ki, bu seçkilər günü ajiotajların qarşısını almağa imkan verir.
“Seçki prosesinin təşkilinin və seki komissiyalarının işinin yüksək səviyyədə qurulduğunu qeyd etmək istəyirəm.Təbii ki, proses zamanı çatışmazlıqlar da olmuşdu, lakin bütün bunlar seçkilərin nəticələrinə təsir göstərmədi”,- deyə Ə.Hüseynli vurğulayıb.
Müsahibənin tam mətni ilə http://interfax.az/view/553574 saytında tanış olmaq olar.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət