“Atəşgah” sığorta şirkətinin idarə heyəti sədrinin müavini Şahin Seyidzadə tutduğu vəzifədən istefa verib. Bu barədə şirkətin məlumatında bildirilir.
Məlumatda qeyd edilir ki, Ş.Seyidzadə Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ ) yeni sədri seçilib.Bununla əlaqədar olaraq o “Atəşgah” sığorta şirkətindəki vəzifəsindən istefa vermək qərarına gəlib.
“Biz “Atəşgah” sığorta şirkətində işlədiyi müddətdə onun şirkətimizə verdiyi töhfələri yüksək qiymətləndiririk. Ş.Seyidzadə öz ətrafında əsl peşəkarlardan ibarət komanda toplaya bilib və biz inanırıq ki, bu komanda onun başlatdığı işləri uğurla davam etdirəcək.Ona uğurlar və daha böyük nailiyyətlər arzulayırıq”,- deyə məlumatda “Atəşgah” Sığorta Qrupunun prezidenti Ruslan Əliyevə istinadən bildirilir.
“Atəşgah” sığorta şirkəti 1996-cı ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 3,699 mln. manata bərabərdir. Onun səhmdarları I.S.R. Holding Ltd, ARDNŞ və RAN-Eksim şirkətidir. 2012-ci ilin birinci yarısının yekunlarına görə, “Atəşgah” sığorta şirkəti yığılan haqqların həcmi üzrə Azərbaycanın aparıcı sığortaçılarının üçlüyünə daxildir.Şirkətin bu müddətdə əldə etdiyi sığorta haqları 23 mln.840,258 min manta, ödənişləri 5 mln. 547,098 min manta təşkil edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət