“Azəryolservis” ASC Ələt -Astara və Massalı-Cəlilabad avtomobil yollarının kəsişməsinin tikintisinə nəzarət xidməti üçün məsləhətçi seçimi elan edib. Bu barədə “İnterfaks -Azərbaycan” agentliyinə ASC-dən məluimat verilib
Şərtlərə əsasən, məsləhətçinin öhdəliklərinə yolun tikinti layihəsinin, iş eskizlərinin, layihələşdirmə və tikintinin standartlara və texniki spesifikasiyalara uyğunluğunun yoxlanılması, inşaatçı ilə müqavilədə nəzərdə tutulan təhlükəsizlik məsələlərinə, ətraf mühit də nəzərə alınmaqla əməl edilməsinin təmini və bir sıra digər işlər daxildir
Tikinti işləri Asiya İnkişaf Bankının (AİB) krediti hesabına aparıldığı üçün seçim AİB-in prosedurları üzrə aparılır.
Məsləhətçi 2013-cü ilin aprel ayından gec olmayaraq işə başalmalı, 2016-cı ilin aprelinə qədər işləri başa çatdırmalıdır.
Şirkətlərin sənədləri 2012-ci il oktyabrın 30-na qədər qəbul ediləcək.
2008-ci ildə AİB Azərbaycanda yol sektorunun kreditləşməsi üçün $500 mln. məbləğində kredit proqramını təsdiq edib.Bu məbləğdən $200 mln. Masallı –Astara avtomobil yolunun tikintisinə istifadə olunur.
2012-ci ilin iyul ayında Nəqliyyat Nazirliyi və AİB arasında Masallı-Astara yolunun 39 kilometrlik hissəsinin tikintisi üçün $200 mln. ayrılması barədə kredit sazişi imzalanıb. Kredit $500 mln. məbləğində çoxtranşlı mexanizmin üçüncü tranşıdır.
Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Ümumilikdə, 2012-ci il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycan höküməti $253,5 mln. məbləğində krediti mənimsəyib, bu isə alınmaların ümumi həcmindən 42,5% təşkil edir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət