“Gömrük nəzarəti və rəsmiləşdirilməsi ilə əlaqədar olaraq bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan şəxslərin və ya onların nümayəndələrinin təşəbbüsü ilə malların gömrük ekspertizasının aparılması üçün alınan gömrük yığımları”nın yeni tarifləri oktybarın 5-dən Azərbaycanda qüvvəyə minəcək.Bu barədə Tarif Şurasının bəyanatında bildirilir.
Tarif (qiymət) Şurasının “Dövlət Gömrük Komitəsinin Mərkəzi Laboratoriyası tərəfindən göstərilən pullu xidmətlərin tariflərinin tənzimlənməsi barədə” 25 dekabr 2007-ci il tarixli Qərarına yenidən baxılmış və Şuranın qərarı qüvvədən düşmüş hesab olunur.
Şuranın məlumatında qeyd edilir ki, bu qərar Nazirlər Kabinetinin 2012-ci il 5 sentyabr tarixində təsdiq etdiyi gömrük nəzarəti və rəsmiləşdirilməsi ilə əlaqədar olaraq bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan şəxslərin və ya onların nümayəndələrinin təşəbbüsü ilə malların gömrük ekspertizasının aparılması üçün alınan gömrük yığımlarının miqdarını müəyyən edən sənədə əsasən qəbul edilib.
Tariflər oktyabrın 5-dən qüvvəyə minəcək.
Sıra №-si | Gömrük ekspertizasının növləri | Yığımların miqdarı (manatla) |
1. Malların tərkibinin və texniki göstəricilərinin müəyyən edilməsi | ||
1.1. |
malın tərkibinin ekspertizası |
50 |
1.2. |
malın texniki göstəricilərinin ekspertizası |
30 |
2. Malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq aidiyyətinin, təsnifat kodunun müəyyən edilməsi və eyniləşdirilməsi | ||
2.1. |
malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq aidiyyətinin yoxlanılması və təsnifat kodunun ekspertizası |
20 |
2.2. |
malların eyniləşdirilməsi üzrə ekspertiza |
50 |
3. Malların mənşə ölkəsinin, emal prosesində hasilat normalarının, istehsal tarixinin və keyfiyyətinin müəyyən edilməsi | ||
3.1. |
malların mənşə sənədlərinin həqiqiliyinin yoxlanılması |
20 |
3.2. |
emal prosesində malların hasilat və ya orta hasilat normalarının ekspertizası |
100 |
3.3. |
malların istehsal tarixinin ekspertizası |
5 |
3.4. |
yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin ekspertizası |
100 |
3.5. |
nəqliyyat vasitələrinin ekspertizası |
30 |
3.6. |
istehlak məhsullarının ekspertizası |
30 |
3.7. |
mikrobioloji ekspertiza (hər bir parametr üzrə) |
20 |
3.8. |
spirt və spirtli içkilərin xromatoqrafik ekspertizası |
80 |
3.9. |
mikotoksinlərin ekspertizası |
110 |
3.10. |
yeyinti məhsullarında və suda pestisidlərin ekspertizası |
125 |
3.11. |
ekspress-rentgenspektral ekspertiza |
50 |
3.12. |
rentgenspektral ekspertiza (hər bir parametr üzrə) |
25 |
3.13. |
nitrat və ya nitritlərin ekspertizası |
50 |
3.14. |
ağır metalların ekspertizası (hər bir parametr üzrə) |
10 |
3.15. |
yeyinti məhsullarında və suda ion-xromatoqrafiya ekspertizası (hər bir parametr üzrə) |
10 |
3.16. |
məhsullarda genetik modifikasiya |
100 |
3.17. |
yeyinti məhsullarında antibiotiklərin ekspertizası |
50 |
3.18. |
yeyinti məhsullarında histaminin ekspertizası |
50 |
3.19. |
yeyinti məhsullarında qida əlavələrinin (konservantların, boyaq maddələrinin və s.) ekspertizası (hər bir parametr üzrə) |
30 |
3.20. |
fiziki-kimyəvi ekspertiza (hər bir parametr üzrə) |
10 |
3.21. |
orqanoleptik ekspertiza |
8 |
3.22. |
dərman vasitələrinin, narkotik və psixotrop maddələrin və onların prekursorlarının, bioloji qida əlavələrinin və onların substansiyalarının ekspertizası |
100 |
3.23. |
neft və neft məhsullarının ekspertizası |
100 |
4. İxrac nəzarətinə düşən malların ikili təyinatlı olmasının yoxlanılması | ||
4.1. |
ixrac nəzarətinə düşən malların ikili təyinatlı olmasının ekspertizası |
50 |
5. Malların kimyəvi və mineraloji tərkibinin müəyyən edilməsi | ||
5.1. |
malların kimyəvi və ya mineraloji tərkibinin ekspertizası |
50 |
6. Ekoloji baxımdan təhlükəli, tərkibində ozondağıdıcı maddələr olan malların və tullantıların müəyyən edilməsi | ||
6.1. |
təhlükəli tullantıların ekspertizası |
50 |
6.2. |
ozondağıdıcı malların ekspertizası |
50 |
7. Radiasiya təhlükəsi olan malların müəyyən edilməsi | ||
7.1. |
radioloji ekspertiza |
50 |
8. Malların gömrük dəyərinin təyin olunması | ||
8.1. |
malların gömrük dəyərinin ekspertizası |
50 |
9. Malların tarixi və sənətşünaslıq baxımından dəyərliliyinin müəyyən edilməsi | ||
9.1. |
malların tarixi və sənətşünaslıq baxımından dəyərliliyinin ekspertizası |
50 |
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət