Azərbaycanın elmi institutları, ali məktəbləri və digər təşkilatları "Thomson Reuters"in məlumat bazasına giriş əldə edə bilər. Bu barədə cümə axşamı jurnalistlərə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə məlumat verib.
"Biz "Thomson Reuters"lə dialoq qurmuşuq və bizim əməkdaşlığımız yeni səviyyəyə keçir. "Thomson Reuters" bir neçə ay ərzində öz bazasını test rejimində bizim üçün verib. Amma biz elmi institutların, ali məktəblərin və digər təşkilatların istifadə edəcəyi tam giriş almağı planlaşdırırıq", - deyə E.Vəlizadə bildirib.
Nazir müavininin sözlərinə görə, bu baza yerli alimlərin elmi araşdırmaları və nəşrlərinin dünya miqyasına çıxışı üçün böyük əhəmiyyətə malikdir. ""Thomson Reuters"lə əməkdaşlıq elmi, işgüzar və digər sahələrdə, o cümlədən dövlət idarəçiliyində əhəmiyyətlidir", - deyə o qeyd edib.
"Bu bazada həmçinin patentlər haqqında informasiya var. Bu, bizim alimlərimizə kömək edəcək, çünki onlar bu informasiyadan istifadə edə, eləcə də bu bazada öz patentlərini yerləşdirə biləcəklər", - deyə E.Vəlizadə əlavə edib.
"Thomson Reuters"in icraçı vitse-prezidenti Keyt Makqreqor bildirib ki, "Thomson Reuters" xüsusilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi və Müəllif Hüquqları Agentliyi ilə əməkdaşlıq qurmağı planlaşdırır.
Cümə axşamı ""Thomson Reuters" agentliyi ilə əməkdaşlığın perspektivləri” mövzusunda elmi konfrans keçirilib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət